Avarçəkmə üzrə “Prezident Kuboku 2025” bu dəfə Suqovuşanda! - VİDEO
28 aprel – 2 may tarixlərində Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı əsasında Ümumilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan “Prezident Kuboku 2025” beynəlxalq reqatası keçiriləcək.
Adalet.az xəbər verir ki, yarışlarda Avropa, Asiya və Afrikadan 200-dən çox idmançı, 20-dən artıq ölkə – Azərbaycan, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan iştirak edəcək.
Aprelin 28-də “Prezident Kuboku 2025” beynəlxalq reqatası çərçivəsində Qarabağda- Füzulidə yerləşən Köndələnçay su anbarında avarçəkənlərin nümunəvi çıxışları olacaq. Həmçinin Füzuliyə köç edən sakinlərə həvəskarlar üçün nəzərdə tutulan qayıqlarda peşəkar məşqçilərin nəzarəti ilə avar çəkmək imkanı yaradılacaq. Uşaq və yeniyetmələr üçün həvəsləndirici viktorinalar təşkil ediləcək.
Reqatanın rəsmi paradı və komandaların təqdimatı aprelin 29-da Mingəçevir şəhəri Heydər Əliyev prospektində keçiriləcək. 30 aprel tarixində Qarabağın daha bir dilbər guşəsi olan Suqovuşanda “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar baş tutacaq. Reqata 1-2 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.
Mayın 2-də Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında “Prezident Kuboku-2025” beynəlxalq reqatasının bağlanış mərasimi keçiriləcək. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Bədii hissədə müxtəlif şou proqramlar, tanınmış rəqs qruplarının çıxışları və konsert proqramı tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. Reqataya hər zaman olduğu kimi möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.
Xatırladaq ki, “Prezident Kuboku” reqatası ardıcıl üçüncü ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.
Digər Xəbərlər
23 Dekabr 2025 17:03
Azərbaycan çempionatının ən bahalı futbolçusu məlum oldu
23 Dekabr 2025 13:22
Rafinya karyerasını bitirdi
23 Dekabr 2025 11:46
Misli Premyer Liqasında 2025-ci ilin ən yaxşı komandası müəyyənləşdi
22 Dekabr 2025 17:55
Misli Premyer Liqasında XVII turun oyun cədvəli
22 Dekabr 2025 17:03
Avtomobilini saxlayıb marketə getdi, qayıdanda maşını tapmadı - Bakıda oğurluq
22 Dekabr 2025 16:49
FIFA reytinqi: Azərbaycan millisi ili 127-ci pillədə başa vurub
22 Dekabr 2025 11:23
Azərbaycan Qış Paralimpiya Oyunlarında təmsil olunmayacaq
20 Dekabr 2025 19:43


Bakı -°C

