Attraksion ikiyə bölündü - 23 nəfər... - VİDEO

Səudiyyə Ərəbistanının Taif şəhərində “Yaşıl dağ” əyləncə parkında işlək vəziyyətdə olan “360”attraksionu qoparaq yerə düşüb.
Adalet.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Nəticədə attraksionda olan 23 nəfər xəsarət alıb, onlardan üçünün vəziyyəti ağırdır.
Görüntülərdən də aydın olur ki, attraksion qəfildən iki yerə bölünüb. Nəticədə içərisində olan şəxslərlə birgə zərblə yerə çırpılıb.
Yerli mətbuatın yazdığına görə, hadisə attraksionda olan texniki nasazlıq səbəbindən baş verib.
Digər Xəbərlər

İspaniyanın erməni saxtakarlığını rəsmən tanıyan 43-cü şəhəri: Alboraya

Rusiya Kramatorska zərbə endirib - 3 ölü, 10 yaralı

Rusiyadan şok: Paşinyan devriləcək, Bakı ilə yeni müharibə...
