Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər müəyyənləşdi
Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə 3 (üç) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir.
Adalet.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra 7 (yeddi) iş günü ərzində Media Reyestrinə daxil edilmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidirlər.
Azərbaycan Respublikasında xarici media subyektlərinin filial nümayəndəliklərinin bu tələbləri pozmaqla fəaliyyət göstərməsi, habelə Media Reyestrindən çıxarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin filial və nümayəndəliyin ləğvi üçün əsasdır. Nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında həmin filial və ya nümayəndəliyin internet informasiya ehtiyatına (veb-saytına) müraciət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dərhal məhdudlaşdırılır.
Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərində çalışan jurnalistlər, həmçinin xarici jurnalistlər Media Reyestrinə daxil edilmir.
Digər Xəbərlər
22 Iyul 2026 19:19
Milli Mətbuat Gününə həsr olunan tədbir keçirildi
22 Iyul 2026 16:09
MEDİA, Audiovizual Şura və Mətbuat Şurasının nümayəndələri Fəxri xiyabanı ziyarət etdilər - FOTOLAR
22 Iyul 2026 00:00
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
20 Iyul 2026 18:41


Bakı -°C

