adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 Iyul 2015 10:29
2607
SİYASƏT

ATƏT PA-da yeni baş katib

ATƏT Parlament Assambleyasının (ATƏT PA) yenibaş katibi seçilib.  ATƏT PA-nın yeni baş katibi italiyalıdeputat Roberto Montella olub. O, bu vəzifəyə qurumun iyulun 5-də Finlandiyapaytaxtı Helsinkidə başlayan illik sessiyası zamanı seçilib.

R.Montella vəzifəsinin icrasına 2016-cıil yanvar ayının 1-dən başlayacaq. Hazırkı baş katib Oliver Spenseri 2015-ciilin sonunda postunu tərk edəcək və onu R.Montella əvəzləyəcək.

Qeyd edək ki, ATƏT PA baş katibi 5 ilmüddətinə seçilir. Bir şəxs bu vəzifəyə ardıcıl olaraq yalnız 2 dəfə seçilə bilər.