Atəşkəsin uzadılması barədə razılaşdılar
ABŞ və İran danışıqların davam etdirilməsi üçün mövcud atəşkəsin 22 aprel tarixindən sonra da uzadılması barədə prinsipcə razılığa gəlib.
Adalet.az xəbər verir ki, bu barədə “Associated Press“ vasitəçilərə istinadən məlumat yayıb.
Region rəsmilərinin sözlərinə görə, ABŞ və İran arasında atəşkəsin uzadılması istiqamətində vasitəçilik səylərində irəliləyiş var və tərəflərin yaxın vaxtlarda yenidən danışıqlar masasına qayıtması gözlənilir.
Rəsmilər qeyd ediblər ki, vasitəçilər 22 apreldə başa çatmalı olan atəşkəsin ən azı daha iki həftə uzadılmasını və bunun diplomatiyaya əlavə imkan verməsini hədəfləyir. Onların sözlərinə görə, hər iki tərəf atəşkəsin uzadılmasına prinsipcə razılıq verib.
Vasitəçilik prosesində iştirak edən rəsmilərdən biri bildirib ki, əsas üç mübahisəli mövzu - nüvə proqramı, Hörmüz boğazı və müharibə təzminatları üzrə kompromis hazırlanır.
Digər Xəbərlər
15 Aprel 2026 17:16
İsrail ordusunun 586 hərbçisi Livanda yaralanıb
15 Aprel 2026 16:25
Azərbaycandan yanacaq almaqla on milyardlarla vəsaitə qənaət etmişik - Paşinyan
15 Aprel 2026 16:23
"İranla müharibəyə girməyəcəyik"
15 Aprel 2026 15:56


Bakı -°C

