"Atamı itirəndə yeni dil açırdım" - Hacıbaba Bağırovun qızı
Mərhum Xalq artisti, görkəmli sənətkar Hacıbaba Bağırovun qızı Şölə Bağırova atası ilə bağlı xatirələrini bölüşüb.
Adalet.az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, hazırda Ankarada təhsil alan 22 yaşlı Şölə Medianews.az-a bildirib ki, atasının anım günü səbəbilə Bakıya gəlib:
“Atamın çalışdığı Azərbaycan Dövlət Akademik Musiqili Teatra getdim. Bir neçə tamaşaya baxmamışdım, onlara gedib baxdım. Teatrda Üzeyir Hacıbəyli həftəsi idi. “Məşədi İbad”, “Leyli və Məcnun” və s. tamaşalara baxdım. Teatrda atam haqqında danışıb onu yad etdilər”.
İllər əvvəl atasını itirən Şölə ona çox ehtiyacı olduğunu bildirib:
“Hər qız övladının atasına ehtiyacı olur. Mənim də bu gün atama çox ehtiyacım var. Sözsüz ki, anam heç vaxt mənə atasızlığı hiss etdirməyib. Atamdan sonra anamı arxamda özümə dağ kimi görmüşəm. O, həm təhsilimlə maraqlanıb, həm də bütün ehtiyaclarımı ödəyib. Amma atanın yeri tam başqadır. Onun üçün bir gözüm hər zaman arxada qalıb. Əlbəttə ki, elə sözlər olub ki, mən onu heç kimlə bölüşməmişəm, kimsəyə deməmişəm. O sözlərin ünvanı atam olub. Təəssüf ki, mən onu erkən itirdim. Atamı itirəndə hələ yeni-yeni dil açırdım”.
Mərhumun qızı qeyd edib ki, atasının arzusu onu həkim kimi görmək olub:
“Siyasətə bağlı olduğumdan fikrimdən döndüm. Həkimlik və hüquq fakültələrini də qazanmışdım, amma mən siyasəti seçdim. Uşaq olanda aktrisa da olmaq istəyirdim. Lakin sonradan düşündüm ki, bu sənət sonsuzdur. Yəni, ömrünün axırına qədər öyrənməlisən, çalışmalısan. Məni bu qorxutmadı. Sadəcə düşündüm və ehtiyat etdim ki, atam kimi sənətkar ola bilmərəm. Həqiqətən də düz fikirləşmişəm”.
Qeyd edək ki, H.Bağırov 2006-cı ildə oktyabrın 4-də 74 yaşında vəfat edib.
Digər Xəbərlər
04 Noyabr 2025 11:01
Zəka Vilayətoğlu - SEÇİLMİŞ MAHNILAR
31 Oktyabr 2025 18:05
Xalq artisti xəstəxanaya yerləşdirildi
31 Oktyabr 2025 17:22
“Dünyanı uşaqlara verək!”
30 Oktyabr 2025 15:21
Qədimdən bu günə qədər gələn Türkiyə çörək irsi - FOTOLAR
30 Oktyabr 2025 08:26
Leyla Əliyeva "Hirkan" filminin təqdimatında
28 Oktyabr 2025 11:49
Leyla Əliyeva xalçaların toxunma prosesində iştirak etdi - VİDEO
27 Oktyabr 2025 14:05
Azərbaycan və Özbəkistanın milli teatrları əməkdaşlığa başlayır
27 Oktyabr 2025 11:28


Bakı -°C

