Ata oğulluğunu öldürdü
Hadisə ailə münaqişəsi zəminində baş verib
Bakının Xəzər rayonunda qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Buzovna qəsəbəsi Aydın Xəlilov küçəsi döngə 2, ev 7 ünvanının qarşısında həmin mənzildə yaşayan 1969-cu il təvəllüdlü Hüseynov Ağaməmməd Ağaəli oğlu oğulluğu, 1981-ci il təvəllüdlü Həsənov Samir Maşallah oğlunu bıçaqlayıb. Ağır bədən xəsarətləri almış Samir Həsənov xəstəxanaya aparılarkən yolda keçinib. Hadisəni törətmiş ata saxlanılıb.
İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində törədilib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Digər Xəbərlər
01 May 2024 09:43