adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 May 2015 19:51
1120
HADİSƏ

Astarada 6 otaqlı ev yanıb

Astarada yanğın hadisəsi qeydə alınıb. Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Şiyəkəran kəndində  (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 288 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə baş verib.  Yanğın nəticəsində evin bir otağının yanar konstruksiyaları və dam örtüyü 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.