“ASAN xidmət”in təcrübəsi Rumıniyada tətbiq olunacaq
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya hökumətinin Baş katibi Mirçea Abrudeanın dəvəti əsasında Buxarest şəhərinə səfər edib.
Agentlikdən Adalet.az-a verilən məlumata görə, səfərin ilk günü Dövlət Agentliyinin sədri və Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Ümummilli Lider Heydər Əliyevin Buxarestdəki Tey parkında yerləşən abidəsini ziyarət ediblər.
Səfər çərçivəsində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Rumıniya hökumətinin Baş Katibliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumu “ASAN xidmət” təcrübəsinin Rumıniyada tətbiqini, eləcə də "ASAN xidmət" mərkəzlərində təcrübələrin təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin Rumıniya tərəfi ilə paylaşılmasını nəzərdə tutur.
Rumıniya Avropa İttifaqının üzvü və ölkəmizin strateji tərəfdaşıdır.
Buxarestdəki Viktoriya sarayında baş tutan imzalanma mərasimi zamanı Rumıniya hökumətinin Baş katibi dövlət xidmətlərinin göstərilməsi üzrə qlobal səviyyədə tanınan və qəbul edilən “ASAN xidmət” təcrübəsinin müstəsna əhəmiyyətinə toxunaraq müvafiq sahənin ölkəsində inkişaf etdirilməsi üçün bu təcrübədən faydalanacaqlarını bildirib.
Digər Xəbərlər
07 Yanvar 2026 17:20
DİN sürücülərə çağırış etdi
07 Yanvar 2026 17:14
"Qaçqınkom"dan Xanabad kəndinə köçürülmə ilə bağlı iddialara münasibət
07 Yanvar 2026 17:07
AMEA-dakı qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərildi
07 Yanvar 2026 16:28
Gömrük Komitəsinin bir qrup vəzifəli şəxsinin cinayət işi məhkəməyə göndərildi
07 Yanvar 2026 15:58
Ermənistan təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın sayı yeniləndi
07 Yanvar 2026 15:47
Leyla Əliyevadan Milad bayramı ilə bağlı PAYLAŞIM
07 Yanvar 2026 13:36
Səfərbərlik Xidmətinin rəisi bu tarixdə Neftçalada qəbul keçirəcək
07 Yanvar 2026 13:17


Bakı -°C

