Arvadı sosial media profili açdı, güllələmək istədi
Türkiyənin Ərzurum şəhərində silahlı insident baş verib.
Adalet.az xəbər verir ki, boşanma prosesində olduğu həyat yoldaşının sosial şəbəkədə hesab açmasına qəzəblənən 26 yaşlı S.T. qayınatasının evinə ov tüfəngi ilə atəş açıb.
Hadisə Palandöken rayonunda, Türbə küçəsində yerləşən yaşayış binasında qeydə alınıb. Məlumata görə, S.T. həyat yoldaşı F.T.-nin İnstaqram hesabı açdığını öyrəndikdən sonra silahlanaraq onun qaldığı ünvana gəlib və mənzilə dörd dəfə atəş açıb. Güllələr balkon və otaq pəncərələrinə dəyib.
Hadisə zamanı S.T.-nin atası M.T. hadisə yerinə gələrək oğlunu sakitləşdirməyə və silahı əlindən almağa çalışıb. Atəş səsləri ətrafdakı sakinlər arasında təşvişə səbəb olub.
Polisə daxil olan məlumat əsasında əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Polis əməkdaşlarını görən şübhəli hadisə yerindən qaçsa da, keçirilən əməliyyat nəticəsində Afşar küçəsində saxlanılıb. Onun üzərindən cinayətdə istifadə olunan ov tüfəngi götürülüb.
Hadisə yerinə baxış zamanı ərazidə üç ədəd boş patron aşkar edilib. Baş verənlər ətrafdakı şəxslər tərəfindən mobil telefonlarla lentə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
29 May 2026 12:11
Qara dənizin qazı Türkiyəyə 2 milyard dollar qazandırdı
29 May 2026 12:10
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və gübrə göndərildi - YENİLƏNİB + FOTOLAR
28 May 2026 12:54
Azərbaycandan tranzit keçməklə Ermənistana 67 ton un göndərilib
27 May 2026 12:06
“AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başladı
27 May 2026 11:07
"Elə Prezidentin müşavirədə vurğuladığı əsas hədəf də məhsuldarlığın artırılmasıdır"
26 May 2026 12:02
Azərbaycanda qadınların daha tez pensiyaya çıxması təklif olunur
25 May 2026 22:00
Azərbaycanın Suriyaya satdığı qazdan gəliri açıqlandı
25 May 2026 17:48


Bakı -°C

