Arıqlamaq məqsədilə oruc tutmaq olar? - AÇIQLAMA
"Oruc sırf Allaha ibadət məqsədilə edilən ibadətlərdən biridir. Oruc tutan insanın əsas niyyəti Allaha ibadət olmalıdır. Arıqlamaq oruc tutarkən əsas yox, ikinci dərəcəli məqsədlərdən biri ola bilər".
Adalet.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, oruc ibadəti yalnız ac qalmaqla yerinə yetirilməməlidir:
"Oruc sözü ərəb dilində tutmaq mənasını ifadə edir. Oruclu insan günah əməllərdən də özünü tutmalıdır. İnsanların haqqına girməkdən, qeybətdən, dedi-qodudan, insanları ələ salmaqdan və digər müsəlmana yaraşmayan əməllərdən uzaq olmalıdır. Oruc tutan insan hətta beynini pis fikirlərdən təmiz saxlamalıdır.
Əgər oruc tutan insan günah əməllərə davam edirsə, insanları incidirsə, onların haqqına girirsə və digər günah əməllərə yol verirsə, bu orucun ona heç bir faydası yoxdur. Çalışaq ruhən və cismən oruc tutaq".
Digər Xəbərlər
14 Aprel 2026 10:39
Uşaqlar üçün transplantasiya daha çətindir
14 Aprel 2026 10:37
13 donor 73 insana həyat verdi - SN açıqladı
13 Aprel 2026 16:22
Həmin uşaqlardan birinin vəziyyəti ağırdır
13 Aprel 2026 15:22
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
13 Aprel 2026 13:04
AQTA-dan idman qidalarının qanunsuz satışı barədə XƏBƏRDARLIQ
10 Aprel 2026 19:03
Prostat xərçənginin diaqnostikasında yeni üsulun tətbiqinə başlanılıb
10 Aprel 2026 12:57
Vətəndaşlar işəgötürənin hesabına tibbi müayinədən keçiriləcəklər
08 Aprel 2026 16:34


Bakı -°C

