adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Yanvar 2015 14:01
5504
MARAQLI

Ardanın fotosu olan pullar buraxıldı

İspaniyanın "Atletiko" Madrid klubu "Facebook"da abunəçilərinin sayının 10 milyona çatması ilə əlaqədar kampaniyaya başlayıb.

Trend-in cümə günü İHA agentliyinə istinadən verdiyi məlumata görə, kampaniya çərçivəsində Madrid təmsilçisi üzərində Arda Turanın olduğu 10 avroluq əsginaslar buraxıb.

Pullar azarkeşlərə endirim çeki olaraq paylanılıb. Bu əsginaslar vasitəsi ilə azarkeşlər klubun rəsmi məhsullarının satıldığı mağazalardan 10 faizlik endirim əldə edəcəklər.