“Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında - VİDEO
Aprelin 19-dan yalnız “CineMastercard” kinoteatrlar şəbəkəsində Türkiyə istehsalı “Arap Kadri” komediyasının nümayişi başlayır.
Filmin rejissoru Emre Kavukdur. Baş rolları Ahmet Mümtaz Taylan, Necip Memili və Zeynep Çamcı canlandırıblar.
Film 16 yaşdan yuxarı şəxslərin baxması üçün nəzərdə tutulub.
Film haqqında qısaca: “Azadlığına düşkün olan Arap Kadri meşədə yaşayan itaətsiz adamdır. Tarzanın nizam-intizam qurduğu meşədə isə canlılar nizamlı bir həyat yaşamağa çalışırlar. Şəhər həyatına uyğunlaşa bilməyən Arap Kadri meşəyə gələrkən qarşılaşdığı sadə həyata qapı açır. Bu vəziyyət onunla Tarzan arasında münaqişəyə səbəb olur”.
“CineMastercard” hər zaman sizə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
Digər Xəbərlər
05 Noyabr 2025 10:52
«XARIBÜLBÜLÜN TƏNTƏNƏSİ» bədii qiraət müsabiqəsinin nəticələri açıqlandı
04 Noyabr 2025 11:01
Zəka Vilayətoğlu - SEÇİLMİŞ MAHNILAR
31 Oktyabr 2025 18:05
Xalq artisti xəstəxanaya yerləşdirildi
31 Oktyabr 2025 17:22
“Dünyanı uşaqlara verək!”
30 Oktyabr 2025 15:21
Qədimdən bu günə qədər gələn Türkiyə çörək irsi - FOTOLAR
30 Oktyabr 2025 08:26
Leyla Əliyeva "Hirkan" filminin təqdimatında
28 Oktyabr 2025 11:49
Leyla Əliyeva xalçaların toxunma prosesində iştirak etdi - VİDEO
27 Oktyabr 2025 14:05


Bakı -°C

