15 Sentyabr 2023 13:39
3855
MÜSAHİBƏ

ARAİK ARUTUNYANLA EKSKLÜZİV MÜSAHİBƏ

Müxbirimiz separatçı rejimin sabiq lideri Araik Arutunyanla vatsapla müsahibə alıb.

- Cənab Arutunyan, sizə necə müraciət edim? Məsələn, bizdə «bəy» deyə müraciət edirlər, bəs, ermənilərdə necə?

- Bizdə, yəni ermənilərdə əsilli, köklü nəsillərin nümayəndələrinə «Ter» deyə müraciət edirlər. Məsələn, Ter-Petrosyan. Mən də əsilli-köklü bir nəsildənəm, ata babam məşhur faytonçular nəslindəndir, Stepanakertdən Gəncəyə, Ağdama işləyən bütün faytonlar ona məxsusuymuş. Ana tərəfim isə Məlik Şahnəzərin nəslindəndir, məşhur rejissor Karen Şahnazarovla da xala uşağıyıq. Amma içimizdəkilərin paxıllığından mənə Ter- Arutunyan deyə müraciət etmirlər. Siz belə müraciət etsəz xoş olar.

- Cənab Ter-Arutunyan, vaxtından əvvəl istefa verməyinizin səbəbi nə oldu?

- Birincisi, çox sağ olun, bir adamın neçə ağası ola bilər? Paşinyan bir tərəfdən , Putin bir tərəfdən, Vardanyan bir tərəfdən, bir tərəfdən də Makron. Kimin sözünü eşidəsən, kimin dediyinə əməl edəsən? Krılovun məşhur bir təmsili var ey, oxumuş olarsan, arabanı biri çaya çəkir, biri havaya çəkir, biri meşəyə çəkir…

- Oxumamışam, amma şəklini görmüşəm.

- Bax, məni həmin arabanın gününə salmışdılar. İkincisi də, Qarabağda yaşayan ermənilərin sayı Azərbaycanın ən kiçik rayonunun əhalisinin sayından azdır. Məsələn, elə götürək qonşu Ağdamı, iki yüz min əhalisi var, neçə naziri var? Məsələn, orda kənd təsərrüfatı idarəsi var, bizim altmış-yetmiş minlik əhalimiz olsa bizdə kənd təsərrüfatı naziri, nazirin üç müavini və sair və ilaxır. Ağdamda polis idarəsi var, bizim altmış-yetmiş minlik əhalimizin daxili işlər naziri, ay nə bilim milli təhlükəsizlik naziri, milli kəşfiyyat xidmətinin sədri, təhlükəsizlik şurasının sədri, su təsərrüfatı naziri, sosial müdafiə naziri, təhsil naziri, maarif naziri və sair və ilaxır. Hərəsinin də üç-dörd müavini, sürücüsü, katibəsi, icra başçıları, müavinləri, bələdiyyə sədrləri, müavinləri və sair və ilaxır. Vəzifələrə qoymağa adam tapmırdıq, qoyduqlarımız da itlə-pişik kimi dolanırdılar. Məndən çox general Vitali Balasanyandan qorxurdular, Əslində Qarabağı o idarə edirdi. Mənim isə adım Prezervativ idi.

- Prezervativ yoxsa, Prezident?

- Çaşdım, sən Allah, bağışla, elə Xankəndində prezident prezervativ kimi bir şeydi.

- Siz Balasanyanın adını çəkdiniz, bəs Vardanyan?

- Vardanyan kimdi ey, o da Balasanyanın bir iti. Bir az pulu var, elə hürməyi bacarır. Əlindən-götündən bir iş gəlmir.

- Bəs, sizin pulunuz yoxdu?

- Məndə pul hardan, Köçəryanla Sərkisyan Qarabağı silib-süpürüb aparıblar. Sizdə deyirlər ey, yerdə Alı bəyinki qalıb, onu da Balasanyan yeyir. Məni azdan-çoxdan Ağdamı, Füzulini söküb aparan iranlılar dolandırırdı, onlar da söküb qurtardılar və getdilər. Bir az Ağdamın Şelli və Kəngərlisində nar bağım vardı, bir az da Sarıcalıda üzüm bağlarım, onu da sizinkilər tutub əlimdən aldı. Qazandıqlarımı da tək yeyə bilmirdim ki, Yerevandakılara ver, fransızlara ver, Avropadan gəlib-gedənlərə ver, jurnalistlərə ver, sülhməramlıları yedizdir, on-on beş minlik Ermənistanın silahlı qüvvələrini yedizdir. Qaldım bir həsir, bir də məmmədnəsir. Day verməyə heç nəyim qalmadı, dedilər istefa ver. Məcbur elədilər mən də istefa verdim. Məcbur eləməsələr də istefa verəcəkdim, boğaza yığılmışdım.

- Bəs, indi nə etmək fikrindəsiniz?

- Heç nə. Sizinkilər Laçından buraxsalar rədd olub gedərəm Yerevana, ordan da Fransaya, özümə bir gün ağlayıb adam kimi yaşayaram. Amma qaça bilməsəm, gedib öz kəndimizdə kiçik bir fermer təsərrüfatım var, orda donuz saxlayaram. Donuzçuluq çox bərəkətli sahədir. Bir donuz bir ildə iyirmi dörd bala verir. Stepanakertdə prezervativ olmaqdansa donuz otaran olmaq yaxşıdı.

Belə getsə, deyəsən biz hamımız donuz otaran olacağıq.

- Bəlkə Azərbaycandan sığınacaq istəyəsiniz?

- İstəyərəm ey, amma qorxuram məni paza keçirdərlər. Qaldı Qarabağdakı ermənilər, Ermənistanın Qarabağdakı ordusu Qarabağı tərk edən kimi, burdakı ermənilərin hamısı Azərbaycana yalvaracaqlar ki, gəlin birlikdə yaşayaq. Amma azərbaycanlılar buna razı olub-olmayacaq, onu bilmirəm. Sən də get saqqalını qırxdır, bizim bayeviklərə oxşayırsan. O Əntiqə Rəşidə də deynən ki, ermənilərə az söysün. Barışıqdan sonra onun Qərvənddəki evini bizim ustalar tikəcək. Xətirlərinə dəyər, sonra pis tikərlər.

Müsahibəni aldı: Eminquey