“AzerGold” QSC-də “Tərəqqi” medalına layiq görülmüş əməkdaşlarla görüş keçirilib
Prezident İlham Əliyevin 23 fevral 2026-cı il tarixli Sərəncamına əsasən, “AzerGold” QSC-nin “Tərəqqi” medalı ilə təltif olunmuş bir qrup əməkdaşı ilə görüş keçirilib.
Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov dövlət təltifinə layiq görülən mütəxəssisləri kollektiv adından təbrik edib.
Zakir İbrahimov bildirib ki, bu mükafat ölkəmizin dağ-mədən sənayesini uğurla təmsil edən “AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi çərçivəsində həm fərdi nailiyyətlərə, həm də bütövlükdə kollektivin əməyinə verilən yüksək dəyərin göstəricisidir. Sədr göstərilən diqqətə görə kollektiv adından dövlət başçısına təşəkkürünü ifadə edib.
Qeyd olunub ki, bu etimad əməkdaşların fəaliyyətlərini daha böyük əzmlə davam etdirmələri üçün mühüm stimul yaradır.
Dövlət təltifinə layiq görülən əməkdaşlar onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər. Onlar göstərilən etimadı doğruldacaqlarını və fəaliyyətlərini daha böyük məsuliyyətlə davam etdirəcəklərini vurğulayıblar.
Sonda əməkdaşlara “Tərəqqi” medalları və vəsiqələr təqdim olunub.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

