Aqşin Səmədov: Vakansiyalar haqqında elanlar sistemdə açıq şəkildə təqdim olunur
Namizədlər sistem üzərindən bir neçə vakant yerə müraciət edə bilərmi? Bu mümkündürsə, müsahibə vaxtlarının eyni vaxta təsadüf etməməsi üçün sistemdə proaktivlik nəzərə alınıbmı?
“İşə Qəbul Alt Sistemi üzərindən müxtəlif səhiyyə qurumlarının tabeliyində olan dövlət tibb müəssisələri tərəfindən vakant yerlər barədə elanlar yerləşdirilir”.
Adalet.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin Treninq və Monitorinq Bölməsinin mütəxəssisi Aqşin Səmədov açıqlayıb.
Onun sözlərinə görə bu sistem vasitəsilə səhiyyə sektorunda fəaliyyət göstərən müəssisələr öz kadr ehtiyaclarını daha effektiv və şəffaf şəkildə idarə edə bilirlər:
“Vakansiyalar haqqında elanlar sistemdə açıq şəkildə təqdim olunur və namizədlər həmin vəzifələrə müraciət edərək müsahibə prosesində iştirak edə bilirlər. İşə qəbul prosesi zamanı namizədlərin uyğunluğunu təmin etmək üçün hər bir vakant vəzifə üçün xüsusi kriteriyalar müəyyən edilir. Bu kriteriyalar namizədin təhsili, iş təcrübəsi, ixtisası, bilik və bacarıqları əsasında tərtib edilir. Namizədlər yalnız uyğun gəldikləri vakansiyalara müraciət edə bilərlər ki, bu da işə qəbul prosesinin səmərəliliyini artırır və səhiyyə müəssisələrinin ən uyğun kadrları seçməsinə şərait yaradır”.
Mütəxəssis vurğulayıb ki, eyni namizəd öz təhsil, bilik və bacarıqlarına uyğun olan bir neçə vakant vəzifəyə müraciət edə bilər:
“Bu, səhiyyə sahəsində çalışan kadrlar üçün daha geniş iş imkanları yaratmaqla yanaşı, müəssisələrə də daha çox seçim imkanı təqdim edir. Hər bir müraciət sistemdə qeydə alınır və vakansiya üzrə seçim mərhələləri avtomatlaşdırılmış qaydada izlənilir. Sistem vasitəsilə namizədin vakant yerlərə müraciəti qeydə alındığı üçün müsahibə vaxtı təyin edildikdə, həmin namizəd üçün digər tibb müəssisələri eyni tarixdə müsahibə təyin edə bilmir. Bu mexanizm sayəsində namizədlərin eyni gün ərzində bir neçə tibb müəssisəsində müsahibəyə çağırılması ehtimalı aradan qaldırılır”.
A.Səmədov sonda qeyd edib ki, nəticədə həm namizədlər, həm də işəgötürən müəssisələr üçün müsahibə prosesi daha səmərəli və nizamlı şəkildə həyata keçirilir.
Digər Xəbərlər
13 Mart 2026 17:57
TƏBİB bizə lazımdırmı?
13 Mart 2026 14:53
Azərbaycanda 1287 yeni İİV xəstəsi qeydə alınıb
13 Mart 2026 14:09
Murad Dadaşovun səhətində problem yarandı, xəstəxanaya yerləşdirildi - FOTO
13 Mart 2026 14:04
Azərbaycanda 10 nəfər qızılcaya yoluxub
13 Mart 2026 10:07
Şəkərli diabet xəstələri niyə saatlarla növbədə gözlədilir? - VİDEO
10 Mart 2026 13:20
Türkiyə polisinin nümayəndələri Polis Akademiyasının kursantını ziyarət edib - FOTOLAR
10 Mart 2026 10:14
Dezinseksiya və təhlükəsizlik qaydaları - Səhiyyə Nazirliyindən xəbərdarlıq
06 Mart 2026 17:15


Bakı -°C

