“Aqrar turizmin inkişafı həm də fermerlərə əlavə dəstəkdir” - Deputat
“Son illərdə ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması, ölkənin aqrar potensialının təbliği istiqamətində mühüm uğurlar əldə edilib. Aqrar islahatların müasir mərhələsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş qərarlar, ölkədə bu sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin icrası kənd təsərrüfatının keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsinə təkan verib. Aqrar-turizm İnvestisiya Forumunun keçirilməsi isə bu sahədə yeni səhifənin açıldığına dəlalət edir”.
Bunu mediaya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, forumun əsas məqsədi Lənkəran-Astara iqtisadi rayonundan olan fermerlər və xidmət təminatçıları üçün turizm istiqamətlərinin inkişaf strategiyalarını, biznes planlarını potensial dövlət və özəl investorlara təqdim etmək üçün platforma rolunu oynamaqdır: “Göründüyü kimi, ölkəmizdə aqrar sektorun dinamik inkişafı üçün münbit zəmin var. Bu sahədə köklü dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb. Normativ hüquqi baza getdikcə təkmilləşdirilir, idarəetmədə səmərəlilik və şəffaflıq artırılır. Aqrar sektora dövlət dəstəyinin gücləndirilməsi, müvafiq institusional dəyişikliklər, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyən edilməsi sayəsində keyfiyyətcə yeni mərhələyə keçid başlanıb. Layihə çərçivəsində bir neçə rayonda mövcud nümunəvi təsərrüfatların imkanlarından aqrar turizm məqsədilə istifadə edilməsi nəzərdə tutulub. Yerli və xarici turistlərin marağını cəlb edə biləcək təsərrüfatlarda müvafiq infrastruktur formalaşdıqdan sonra həmin obyektlər turizm şirkətlərinin müştərilərə təklif etdiyi paketlərə daxil ediləcək. Qeyd edək ki, xarici ölkələrdə bu kimi təcrübələr geniş yayılıb, qonşu ölkələrdə aqrar turlar turistlərin istifadə etdiyi ən geniş yayılmış turlardan biridir. Burada məqsəd odur ki, aqrar turizmi inkişaf etsin ki, bu da fermerlərə əlavə dəstəkdir. O cümlədən ölkənin turizm potensialından daha geniş faydalanmaq imkanı olsun".
Digər Xəbərlər
05 Yanvar 2026 13:09
“Facebook” Azərbaycanda ilk sıraya keçdi
05 Yanvar 2026 12:03
Azərbaycanda közərmə lampaları dövriyyədən çıxarılır
05 Yanvar 2026 11:59
Maduronun tutulması neftin qiymətinə necə təsir göstərəcək?
05 Yanvar 2026 10:23
Naxçıvanın 2026-cı il büdcəsi təsdiq edilib
05 Yanvar 2026 10:03
Azərbaycanda siqaret bahalaşdı
03 Yanvar 2026 16:49
Azərbaycan gübrə ixracından qazancını 45 %-ə yaxın artırıb
03 Yanvar 2026 16:11
Marketlərdə İndoneziya və Malayziyanın palma yağı - TƏHLÜKƏ!
02 Yanvar 2026 19:30


Bakı -°C

