Yoxsa, adam deyilsizsə…
Hərçənd ki adamlıqdan çıxmısınız, sizlərin Qarabağda törətdiyiniz cinayətlər heç faşizm adına da düz gəlmir. Daha böyük cinayətlərə imza atmısınız ki, bu da sizin adamlığınıza şübhə yaradır. Evi də uçurmaq olar, məbədi də, məscidi də, meşələri də qırmaq olar, amma ta qəbiristanlıqdakı yüz ilin, min ilin meyitlərini çıxarıb, daha dəqiq desək, sümüklərini çıxarıb onun yerində taxıl əkmək, sonra həmin taxıldan çörək bişirib yemək heç İblisin də ağlına gəlmiz ki, sizin ağlınıza gəlib.
Adam kimi yaşayırdınız, Azərbaycan hökuməti də sizə daha çox imtiyaz tanımışdı. Büdcədən yeyirdiniz, öz əliniz, öz başınız, amma adam olmadığınız üçün adam kimi də yaşaya bilmədiniz. Yüz ildi çörəyini kəsdiyiniz xalqa qarşı, yenə deyirik, İblisin ağlına gəlməyən vəhşilikləri elədiniz. Sizin bu «kefiniz» 30 il çəkdi. Dözdük, səbr elədik, bəlkə Allah yoluna gələsiniz, amma İblis Allah yoluna gəlmədiyi kimi, siz də gəlmədiniz. Adam olmadığınız üçün adam kimi yaşamaq istəmədiniz. Sizin də övladlarınız başladığınız bu mənasız müharibədə, bu işğalçılıq müharibəsində qırıldılar. Analarınız gözüyaşlı qaldı və heç zaman da göz yaşları qurumayacaq. Bizim də övladlarımız şəhid oldular öz torpaqları uğrunda gedən müharibədə. Bizim analarımızın göz yaşları qurudu, çünki övladları bu ədalətli müharibədə qalib gəldi, torpaqları azad elədi və torpağa qarışıb Vətən oldular.
Amma, yenə deyirəm, sizlərin anaları həmişə gözüyaşlı qalacaq…
Yenə də içinizdə öz övladları müharibədə qırılmayanların müharibə çağırışları səslənir. Görünür, bütün erməni analarını gözüyaşlı görmək istəyirlər.
Azərbaycanda yaşamaq istəyirsinizsə, olmayan papağınızı qabağınıza qoyub bir fikirləşin. Vətəndaşlığımızı, Konstitusiyamızı qəbul edin. Biz Allaha yaxın olduğumuzdan bağışlamağı bacaran xalqıq: 10 iləmi , 20 iləmi, uzağı 30 iləmi… adam kimi yaşamaq istəyərsizsə, sizi bağışlayarıq.
Düzdür, ola bilsin ki, mən evimi-eşiyimi yandıran, qohum-əqrəbamı qıran ermənini bağışlaya bilərəm, amma Natəvanın, Üzeyirin, Bülbülün, Pənah xanın Ağdamda İmarətdəki qəbrini dağıdan ermənini heç vaxt bağışlamaram.
Mənim də ömrümə nə qalıb ki, uzağı 10 il, özünü cırsın 15 il. Amma övladlarıma demişəm ki, babalarımın qəbirlərini dağıdanları heç vaxt bağışlamayın.