Naxçıvan 32 ildir blokada şəraitində yaşasa da, bütün məhrumiyyətlərə düçar olsa da sınmayıb. Vasif Talıbovun rəhbərliyi və Naxçıvan camaatının gərgin zəhməti nəticəsində həmişə inkişaf edib. Naxçıvanda olanlar bunu çox gözəl bilir. Özü də təkcə iqtisadi cəhətdən inkişaf etməyib, həm də şəhər və kəndləri abadlaşıb. Ən ucqar kəndlərinə belə Avropa standartlarına uyğun asfalt yol çəkilir, quru səhralarda meşələr salınır, ziyarətgahları, tarixi abidələri hələ demirəm. Turizm üçün hər cür şərait yaradılıb.
Və hətta Türkiyə ilə quru sərhədi də açıqdır.
Naxçıvanın böyük torpaqla bircə əlaqəsi var- o da hava nəqliyyatı. Bu günlərdə Nazirlər Kabineti qərar verdi – Naxçıvana uçan təyyarələrə bilet 10 manat (əslində 20 manatdı gedib-gəlmək var, gedənin də qayıtmağı) bahalaşdı.
Sözün düzü, inanmıram ki, hörmətli Baş nazir Əli Əsədov özü xoşluqla belə bir qərar versin. Görünür, AZAL-ın prezidenti (bir ölkədə nə qədər prezident olar?) Cahangir Əsgərovun təzyiqlərinə davam gətirə bilməyib.
Ardını da bəlkə sabah yazdım.