adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Iyul 2015 16:28
19207
ŞOU-BİZNES

Ancelina Coli və Bred Pitt film çəkir

Aktrisa və sonzamanlar rejissorluq edən Anjelina Coli həyat yoldaşı Bred Pittlə birlikdə filmçəkir. Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Dəniz sahilində”adlanan filmdə cütlük elə bir-birini çox sevən və ağır sınaqlardan keçən ər-arvadrolunu oynayacaq. Filmdə cütlüyün assistentliyini böyük oğulları Meddoks edəcək.Həmçinin, Meddoks özü də filmdə yer alacaq. 

Film kambocalı yazıçı Lunq Unqun "Əvvəlcəonlar atamı öldürdülər: kambocalı qızın xatirələri” adlı roman əsasında çəkilir.Anjelina özü bildirib ki, bu filmi çəkmək onun arzusudur. Çünki böyük oğluMeddoks da məhz Kambocadandır. Vaxtilə valideynlərini itirmiş 7 aylıq uşağı Anjelina2002-ci ildə övladlığa götürmüşdü.

Amma dostlarıcütlüyə filmə ailəvi çəkilməyi məsləhət görmürlər. Belə ki, dəfələrlə eynifilmdə rol alan evli cütlüklər bir-birləri ilə yola getməyib ayrılıblar. Üstəlik, Anjelina və Bredin münasibətinin hazırda gərgin olduğunu deyirlər. Həttanikahlarını xilas etmək üçün psixoterapevt yanına gedirlər. Bred Pittin anasıCeyn Pitt deyir ki, onlar həddən artıq işlədikləri üçün araları pozulub.