adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Mart 2019 16:26
14194
ƏDƏBİYYAT

Anarın yelbeyin İmanı və Yel çərşənbəsi - Şəhla Aslan yazır

Yelçərşənbəsi də belə getdi... Elə bir hava oldu ki, babaların bu günü əbəs yerəyellə bağlamadıqları bir daha sübut oldu. İlıq külək əsil yaz havası gətirdi.Hamımız daxilimzdə hərarət, enerji oyanışı hiss etdik. Əvvəl bunu həyacanın,intizarın ayağına yozdum, axı ayın axırında alacaqlarımız bir xeyli artacaq!Amma bu halı ilin hər bu günündə hiss etdiyimizi yada salıb bu mövzuda yazmaqfikrinə düşdüm.

Bəli,Yel çərşənbəsi barədə dərindən düşünmək gərəkdir. İntəhası, mənə bir şey maneolur. Məsələ belədir ki, "yel” deyən kimi Anar demişkən, Yelbeyin İmanyadıma düşür. Bu heç də xalq yazıçımız Anarın uğurlu deyiminintəsiri deyildir. Sadəcə, bu deyim yadımdan çıxmır ki, çıxmır. Yel çox yaxşışeydir, təki qışda əsməsin! Yoxsa qışın şaxtası iliklərimizə qədər işləyər.Şükür ki, qışı birtəhər sovuşdurduq. Qazın, işığın limiti də düz həmin sazaqlıdövrdə qurtarırdı. İndi nə yaxşı ki, bu limit söhbətinə son qoyulacağı barədəmüzakirələr gedir. Əgər qərar qəbul olunsa, daha qışdakı yeldən qorxumuzolmayacaq. İraq, bu söhbəti də yel aparsa, onda soyuqdan yel tutmuşayaqlarımızı zorla sürüyərək, qripdən öskürə-öskürə ağzımızdan odpüskürəcəyik.Yox, əşşi söz oldu, qurtardı. Özü də yel çərşənbəsi ərəfəsində!..

Yenədə yelbeyin İman yadıma düşdü... O İman ki hamı onun başına hava gəldiyinideyirdi. Allahın işidir də, mən günaha bata bilmərəm. Allah hərəni bir cüryaradıb. İman bəzən elə sözlər deyirdi ki, başqaları yüz gün də fikirləşsə, eləsözlər deyə bilməzdi. Elə ona görə də yadımdan çıxmır. Axı niyə ona"yelbeyin” deyirdilər? Yelin bura nə dəxli var? Yel pis olsaydı, biz birçərşənbəyə Yel çərşənbəsi deməzdik.

Yelyaxşı şeydir... Düzdür, soyuq olanda yelçəkəndə oturmaq ziyandır, amma biz onunda çarəsini tapmışıq. Ona "skvoznyak” deyirik, güya yelin bu işə aidiyyatiyoxdur. Elə paytaxtımızın adının da "Küləkdöyəcləyən” mənasını verdiyinideyirlər. Yaxşı ki, ona da qısaca Bakı deyirik. Hər şeyə tolerant olanmillətimiz başqa dilə qarşı da tolerantlıq göstərib burada. Yoxsa, o uzunluqdaadı deməkdən dilimiz qabar bağlayardı.

...Bizelə əzəldən yelsevər olmuşuq. Tam bekar qalanda hündürdən ip asıb, yelləncəkdüzəltmişik, başlanmışıq yellənməyə. Yuxarıdan aşağı yellənəndə adam özünügöyün yeddinci qatında hiss edir, yerin dərd-səri də yadından çıxır. İstəsənizyoxlaya bilərsiniz, problemləri bir anlıq unutmaq üçün asan başa gələn üsulduryelləncək!

Yenədə yelbeyin İman yadıma düşdü... Yelləncəyə zada da minməzdi. Deyirdi ki, mənonsuz da yelliyəm də, elə şeyə ehtiyac yoxdur.

Hündürdənaşağıya tərəf yeriməyə də "aşağı yellənmək” deyirlər. Yəqin yuxarıdakılarözlərini çox yüksəkdə hiss edirlər. Aşağı gələndə də özlərini yelli aparırlar.Əşşi, yox. Mən vəzifə kürsüsünü nəzərdə tutmuram. Onsuz da belələri gec-tezaşağı düşüb qoşulurlar müxalifətə. Həm də onlar yellənmirlər, hellənirlər!..

Yenədə yelbeyin İman yadıma düşdü.... Görəsən, niyə elələrinə "başı havalı”deyirlər? Doğrudanmı elələrinin başında beyin əvəzinə hava olur? Ona qalsa,hava hər yerdə olur da! Yekə-yekə danışanda da "havalı-havalı danışır”deyirlər. Havanın, yelin lovğalanmağa nə dəxli var, ay başınıza dönüm?.. Nəbilim, vallah, babaların da qəribə sözləri vardır.

Nəisə... Onsuz da bu yelbeyin İman söhbəti qoymadı bir fərli yazı yazım. Qısası, Yelçərşənbəsindən sonra torpaq çərşənbəsi olacaq. İnşaallah, o vaxtacanmaaşlarımızı, pensiyalarımızı da alarıq, artımları ilə birlikdə. Allahhökümətin ver əlini kəsməsin. Gəlirlərimiz, uğurlarımız da yellənsin, böyüsün.Təki özümüz havalanmayaq!

Həyatadlı oyunda hamı qələbə çalsın. Bu dəfə Yelbeyin İmanla birlikdə bir uşaq oyunuda yadıma düşdü, - tirin hər ucunda bir nəfər oturur və növbə iləoturub-qalxırlar. Hər birinin enib qalxması növbə ilə olur. Kaş həyatımız buoyundakı kimi olmasın! Enməyək, yellənməyək, amma qalxaq, yüksələk! Axı bunahaqqımız çatır!..