ANAMA Dövlət Komitəsinin əməkdaşlarına təlim keçib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mütəxəssisləri tərəfindən “Mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” mövzusunda təlim keçirilib.
Maarifləndirmə tədbirinə Dövlət Komitəsi aparatının və tabe qurumlarının xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar işğaldan azad edilmiş ərazilərə vaxtaşırı ezamiyyətə gedən 25 nəfər əməkdaşı cəlb olunub.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğaldan azad etdiyi ərazilərdə intensiv şəkildə minatəmizləmə əməliyyatlarının aparıldığı, bərpa-quruculuq işlərinin genişləndirildiyi, Böyük Qayıdışa hazırlıq görüldüyü bildirilib. Ermənistanın vaxtilə işğal altında saxladığı ərazilərdə hərbi təyinatı olmayan yerləri belə minalaması Qarabağa geri dönəcək və ya icazəsiz səfər edəcək vətəndaşların həyatı üçün təhlükə yaradır.
Təlimçilər təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə ətraflı məlumat verib. Eləcə də, müxtəlif növ mina və sursatların, əldəqayırma partlayıcı qurğuların vizual tanınması üçün maketlər nümayiş etdiriblər.
Təlimin sonunda Dövlət Komitəsinin əməkdaşlarına təhlükəsizlik qaydalarına dair təlimat kitabçaları və müvafiq sertifikatlar təqdim olunub.
Digər Xəbərlər
21 Sentyabr 2026 18:54
“Azərsun Holdinq” “Yaşıl dağ” aksiyasını dəstəklədi
21 Sentyabr 2026 16:09
Fövqəladə Hallar Nazirliyində “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib
21 Sentyabr 2026 16:08
1840,3 ha ərazi minalardan təmizlənib
21 Sentyabr 2026 13:41
Bakı-Ağstafa-Bakıya əlavə qatar reysləri təyin edildi
21 Sentyabr 2026 12:36
Pensiyaçılara ŞAD XƏBƏR
21 Sentyabr 2026 12:08
"Boşalan kəndlərimizə qayıdış proqramı lazımdır" - Komitə sədri tıxacdan danışdı
21 Sentyabr 2026 10:52
“Şəhərdəki tıxaclara görə vətəndaşlardan üzr istəməlidirlər”
21 Sentyabr 2026 10:09


Bakı -°C

