ANAMA-da işləmək istəyənlərin diqqətinə!
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə paramedik vəzifəsində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir.
ANAMA-nın mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, namizədlərin ilkin tibbi yardım və ya müalicə işi ixtisası üzrə orta-ixtisas təhsili olmalıdır.
Həmçinin ANAMA Laçın mobil bazasında aşpaz, qabyuyan, xadimə, çamaşırxana işçisi, fəhlə, Horadiz regional əməliyyat mərkəzi və Ağdam mobil bazasında avtobus sürücüsü, Şuşa və Xankəndi düşərgələrində xidmətçi (xadimə) vəzifələrində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir. Aşpaz işləmək istəyən namizədlərin müvafiq sahədə peşə təhsili, avtobus sürücüsü olmaq istəyən namizədlərin isə 2 ilə qədər iş stajı olmalıdır.
Eyni zamanda, ANAMA Bakı şəhəri İ.Dadaşov küçəsi, 260 ünvanında yerləşən inzibati binaya xadimə və fəhlə vəzifələrində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir.
Maraqlananlar əlaqə telefonu göstərməklə müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə, şəxsiyyət vəsiqəsinin surəti, təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, vəsiqə, arayış və digər), əmək kitabçasının surətini [email protected] ünvanına göndərməlidir.
Sənəd qəbulu cari il avqustun 31-dək aparılacaq.
Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət oluna bilər.
Digər Xəbərlər
07 Yanvar 2026 17:20
DİN sürücülərə çağırış etdi
07 Yanvar 2026 17:14
"Qaçqınkom"dan Xanabad kəndinə köçürülmə ilə bağlı iddialara münasibət
07 Yanvar 2026 17:07
AMEA-dakı qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərildi
07 Yanvar 2026 16:28
Gömrük Komitəsinin bir qrup vəzifəli şəxsinin cinayət işi məhkəməyə göndərildi
07 Yanvar 2026 15:58
Ermənistan təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın sayı yeniləndi
07 Yanvar 2026 15:47
Leyla Əliyevadan Milad bayramı ilə bağlı PAYLAŞIM
07 Yanvar 2026 13:36
Səfərbərlik Xidmətinin rəisi bu tarixdə Neftçalada qəbul keçirəcək
07 Yanvar 2026 13:17


Bakı -°C

