adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Fevral 2018 16:18
7923
İDMAN

Amit Quluzadə Kosovoda debüt etdi

Kosovo çempionatında 19-cu turun oyunları keçirilir.

Qol.az-ın xəbərinə görə, azərbaycanlı futbolçu Amit Quluzadənin çıxış etdiyi "Dirta" öz meydanında "Feronikeli" ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Amit matçın 65-ci dəqiqəsində meydana çıxaraq Kosovo çempionatında debüt edib.

Qeyd edək ki, "Drita” 33 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Komanda lider "Priştina"dan 2 xal geri qalır.