adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Iyul 2016 15:23
26071
MARAQLI

Amerikanın taleyini, İsa peyğəmbərin görünüşünü dəyişən Papa

Vatikanın ən qəddar,ən əxlaqsız Papası kimi tarixə düşən VI Aleksandrın özünün də xəbəri olmadandünyaya mədəni miras qoyduğunu bilirsinizmi? İndi bilərik: amma əvvəlcə buPapanın hakimiyyət kürsüsündə nə oyunlardan çıxdığına nəzər salaq. VI AleksandrBorciya (əsl adı Rodriqo Borxio) Vatikanda dayısından sonra ikinci ispan əsilli ali dini rəhbər olub. Lakin bu böyük vəzifə onun qaynar ispan qanını soyuda bilməyib. Katolik dini rəhbərliyin şərti olanevlənməmək, qadınlarla cinsi münasibət qurmamaq, dünya malından uzaq durmaq kimiqaydalara əhəmiyyət vermədən öz keyfi ilə yaşayıb. Üstəlik digər papalardan fərqliolaraq bütün bu əməllərini gizlətməyib. Borciya vəzifəsindən istifadə edərək zəmanəsininən amansız rəhbərlərindən olub, siyasətə nəinki müdaxilə edib, həttaformalaşdırıb, torpaqlar istila edib və bütün bunları edərkən də özünün vəkübar cəmiyyətin cinsi həzzlərini də görünməmiş şəkildə təmin edib.

Borciya 7 uşaqatası olub, təbii ki övladlar nikahdankənar münasibətlərin bəhrəsi olub, hər nəqədər də olsa Vatikan rəhbərinin ailə qurma yasağını ləğv edə bilməzdi. Buyeddi uşaqdan ikisi – qızı Lukresiya ilə oğlu Çezare bir-biri ilə sevgili olublar.Maraqlıdır ki, ata onlara qarşı çıxmaq əvəzinə, əksinə təqdir edib. Belə şayiələr gəzirdi ki, Lukresiya həm də atasının sevgilisi olub. Hətta Vatikandabütün eyş-işrət məclislərinin qurulması, orgiyaların təşkili işinə birbaşa özüvə qızı Lukresiya baxırmış. Oğlu Çezareni isə İspaniyanın kral taxtına beləçıxara bilib.

İndi isəBorciyanın dünya kultuna necə təsir etdiyinə baxaq. Ümumilikdə bu insan incəsənətə,xüsusilə də rəssamlığa çox həssas yanaşıb. Buna görə də Vatikanda sonralaradını tarixə qızıl hərflərlə yazdıracaq rəssam və heykəltəraşları saxlayıb. Məsələn,bu gün dəyəri milyon dollarlarla ölçülən Mona Liza rəsminin yaranmasında xidmətiolub. Oğlu Çezarenin İtaliyanı işğalı zamanı Leonardo da Vinçi onun yanında hərbimühəndis və arxitektor olaraq çalışıb. İşlə əlaqədar olara Çezare LeonardonuApenninə göndərib ki, bu ərazi də məşhur əsərin yaranmasında həlledici roloynayıb.

Borciya Amerikahindularını ilk dəfə rəsmə köçürtdürüb. Onun şəxsi rəssamlarından olanPinturikkio özünün "Diriliş” əsərində hinduları təsvir edib. Bu təsvir isə, əlbəttəki, Xristofor Kolumbun sayəsində mümkün olub. Kolumbun "Yeni dünya”nı kəşfindənsonra geri qayıdıb orada gördüyü insanlara aid müşahidələrini yazır. Kolumbbunu gizləmək istəsə də, nüfuzlu Papa gündəliyi ələ keçirir, ordakı insan təsvirlərinikətana köçürtdürür. Üstəlik "Yeni dünya”nın məhz ispanlara aid olduğunu bəyanedərək, konkistadorları həmin ərazilərə yollayır. Bir sözlə, Borciyanın sayəsindədünya yeni bir qitəni tanıyır. Razılaşarsınız ki, İspaniyanın istilasıolmasaydı, dünya tarixi bəlkə də başqa cür yazılacaqdı.

Borciya özü birçox dilləri bilən savadlı şəxs olduğundan gənclərin təhsil almasında maraqlıidi. Odur ki, hazırda dünyanın Nobel mükafatı almış 5 universitetindən biriolan Aberdin Universitetinin vaxtilə əsasını qoydurub. Hazırda Universitet o qədərgenişləndirilib ki, Borciyanın təsis etdiyi təhsil binası Universitet şəhərciyində muzey kimi qorunur.

Ən maraqlısı –dünyanın İsa peyğəmbərin görünüşü haqqında təsəvvürü məhz Borciyanın sayəsindədəyişib. Bu gün əsərlərdə, filmlərdə İsa peyğəmbər uca boylu, arıq bədənli,sarışın, iri mavi gözlü bir kişi kimi təsvir olunur. Dərindən düşünəndə isə yəhudi belə görünüşəsahib ola bilməz. Əslində, İsa peyğəmbər tipik yəhudi kimi orta boylu,qarabuğdayı, zil qara saçlı, iri qəhvəyi gözlü adam olub. Bəs bu sarışın yaraşıqlıkimdir? Cavab – Borciyanın oğlu Çezare!!! Məhz Papanın "gül balası” peyğəmbər təsvirindəinsanların təsəvvürünü qarışdırıb. İlk rəsmdə şəxsən Çezare rəssamMikelanceloya poz verib. Sonrakı təsvirlər də bunun əsasında yayılıb. Və yəhudilərədırnaqrası baxan xristianlara da sarışın peyğəmbər daha çox sərf edib.

Makiavellinin "Dövlət"i – siyasətçiləri stolüstü kitabı. Bu kitab indiyədək yaranmış ən yaxşısiyasi bələdçi rolunu oynayan kitabdır. O, nəinki orta əsrlər krallarının, həttaMussolini və Bill Klintonun da sevimli kitabı olub. Yəni Çezarenin şəxsi məsləhətçisiMakiavelli dövlətin idarə olunmasında köməklik göstərsin deyə yazdığı bu kitabbu gün də öz sözünü deyir.

Daha bir fakt –vaxtilə ləkəli, şərəfsiz hesab olunan Borciya nəsli günümüzdə ən nüfuzlusoylardan hesab olunur. Çünki, Borciyanın nəslindən olan davamçılar bu günAvropa krallıqlarının əsasını təşkil edirlər. İspaniya, Belçika, Portuqaliyakralları Borciyanın qızı Lukresiyanın törəmələridir, yəni insest münasibətin bəhrəsi!    


Şəfiqə ŞƏFA