AMEA-nın Folklor İnstitutu illik hesabat verdi

AzərbaycanMilli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda elmi şura hesabat verib. Adalet.az AMEA-ya istinadən xəbər verir ki, iclasda institutun direktoru,AMEA-nın müxbir üzvü Muxtar İmanov çıxış edərək 2014-cü ildə görülmüş işlərdənsöz açıb. Qeyd edib ki, Folklor İnstitutunun "Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” və"Dədə Qorqud” jurnallarının saytları (www.tedqiqler.net və www.dede-qorqud.net)yaradılıb. Cari ildə institutun nəşr etdiyi toplular və elmi araşdırmaların mətnləribu saytlarda yerləşdirilib. İl ərzində institutun saytıwww.folklorinstitutu.com aktiv müraciət olunan elmi saytlar sırasında olub. Həmçinin, bu ildən Folklor İnstitutunun kitabxanasının elektronlaşdırılmasıişlərinə başlanılıb.
Ümumilikdə institut əməkdaşlarının 200-dən çox məqaləsi və tezisi, 46 kitabı nəşr olunub. Folklor İnstitutu "Qarabağda xalq oyunları və meydan tamaşaları:genezisi, tipologiyası və poetikası” layihəsinin həyata keçirilməsi istiqamətindəböyük işlər görüblər.
AkademikVasim Məmmədəliyev institutun 2014-cü illə bağlı hesabatını yüksək dəyərləndiribvə elm ocağının əməkdaşlarına yeni yaradıcılıq uğurları arzulayıb.