“Müəyyən adamlar suyu bulandırırlar" - Məleykə Abbaszadə
“Bilikli müəllimlərimiz çatışmır”.
Adalet.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Baku TV”yə müsahibəsində deyib.
DİM sədri abituriyentləri mütləq repetitor yanında imtahana hazırlaşmağa səsləyənlərdən bəhs edib. Onun sözlərinə görə, şagirdin uğurlu olması bilavasitə onun özündən asılıdır.
“Biz deyə bilmərik ki, məktəblərdə tam şəkildə individual yanaşma var. Yoxdur. Bir sinifdə 35, bəzən isə daha artıq şagird olur. Mümkündür ki, bunu tədris zamanı müəllim təmin etsin? Biz müəllimlərin imtahan nəticələrini də görürük. Və görürük ki, elə bilikli müəllimlər çatışmır. Düzdür, su yavaş-yavaş açılır, bulantısı gedir. Amma müəyyən adamlar yenə də çalışırlar ki, suyu bulandırsınlar. Çünki onlar bulanıq suda öz balıqlarını tutmağa çalışırlar”, - deyə Məleykə Abbaszadə qeyd edib.
Digər Xəbərlər
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00
Ağalı kənd məktəbinə yeni direktor təyin edildi
18 Mart 2026 11:15
TKT imtahanına qeydiyyat aparılır
17 Mart 2026 14:47
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
17 Mart 2026 14:20
Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib
17 Mart 2026 13:23
Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək
17 Mart 2026 12:04


Bakı -°C

