108 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb

Mayın 6-dan bu günə qədər 108 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.
Bu barədə Adalet.az-a MÜTDA-dan məlumat verilib.
Qeyd edək ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:
– Alternativ qeydiyyat mərkəzlərinə
– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə
– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Xatırladaq ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.
Digər Xəbərlər

MÜTDA "Son zəng"lə bağlı çağırış etdi

Azərbaycan Universitetində “Diplomatik Masa” simulyasiya çempionatı keçirilib

DİN “Son zəng”lə bağlı valideynlərə və məzunlara müraciət etdi
