Altmışıncı qonağım evə girmədi... - Kərim Kərimli yazır
Dostlar, altmışıncı (12x5) qonağım evə girmədi...
Şəkil də çəkdirmədik...
Zəng elədi, dedi ki, gəlirəm sizə...
Ünvanı bildirdim.
İki maşın adam gəldi...
Nə qədər təkid etsəm də içəri keçmədilər.
Məni qucaqladı, kövrəldi...
Dedi ki, mən hələ də bu möcüzəyə inanmıram. Gəlmişəm səninlə Şuşada görüşüm, bağrıma basım və öz gözlərimlə görüm ki, Şuşa işğaldan tam azaddır, burada öz millətimiz üçün təzə evlər tikilib və camaat öz yerinə-yurduna qayıdır. Bu məni bu yaşımda xoşbəxt edir. Əgər mən bu günü gördümsə, deməli, dünyanın ən xoşbəxt adamıyam!
Allah şəhidlərimizə rəhmət eləsin!
Ali Baş Komandandan sıravi əsgərədək bütün Silahlı Qüvvələrimizi qorusun, qazilərimizə can sağlığı versin!
Sonra oğluna tapşırdı ki, Rusiyada yaşayan qardaşına, yəni oğlunun əmisinə video ilə zəng etsin və telefonu oğlundan alıb dedi:
- Qardaş, gözün aydın, Şuşada Kərimgildəyəm!
Telefonu mənə verdi, Rusiyadakı qardaşı ilə xeyli danışıb-güldük, sevindik..
Sonra da məni yenə də qucaqladı:
- Allahın bu gününə çox şükür! Min şükür! Milyon şükür! - deyib əyləşdi maşına.
Gəldikləri kimi də sürətlə getdilər...
Uzun müddət bu görüşün təsirindən çıxa bilmədim...
P.S. Altmışıncı "qonaq" böyük qardaşım Arzuman Kerimli nin sinif yoldaşı və 70 illik yaxın dostu, Füzuli rayonunun Yağlıvənd kəndinin ağsaqqallarından olan Sahib Aslanov, söhbətimizə Rusiyadan video əlaqə ilə qoşulan isə onun qardaşı Varşa Aslanov idi...)
Digər Xəbərlər
13 Mart 2026 12:54
QORXU VƏ CƏSARƏTİN PSİXOLOJİ TƏMƏLİ
13 Mart 2026 09:10
“RƏMİŞ, GETMƏK VAXTIDI...” - Vaqif Bəhmənli yazır
13 Mart 2026 09:05
“Bu vertolyotlarla yaralıları Bakıya yola sala bildik...”
12 Mart 2026 13:50
Leyla Əliyeva yeni şeirini təqdim edib - FOTO
12 Mart 2026 10:04
““Ulduz”lu görüşlər” bu dəfə “Mütaliə mədəniyyəti”nə həsr olunub
12 Mart 2026 09:00
RƏMİŞSEVƏRLƏRƏ RƏMİŞSAYAĞI HƏDİYYƏ
11 Mart 2026 14:08
“Ermənilərin məni və qardaşımı girov götürmək istədiklərini biləndə...” – Sabir Məmmədov
11 Mart 2026 14:06


Bakı -°C

