Allahın 64 il əvvəl Yardımlıya nazil etdiyi "Dəmir Möcüzə"

Müqəddəs Quranımızda “əl-Hədid” surəsinin 25-ci ayəsi var. O ayədə deyilir: “And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik.
Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər. Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də endirdik ki, Allah (Özünü) görmədən Ona (onun dininə) və peyğəmbərlərinə kömək göstərənləri bəlli etsin. (26-cı ayə) Həqiqətən, Allah yenilməz qüvvət və qüdrət sahibidir!”
Allahın göndərdiyi Quranın möcüzəsi
Ayədəki 1-ci möcüzə “endirdik”: Bu kəlmə ilə Allah insanlara dəmirin Yerə göydən endirilməsini xəbər verir.
İnsan insan olaraq ibtidai icma dövrünü arxada qoyduqdan sonra, təkminləşdikcə dəmirdən istifadə həyatının vacib amilinə çevrildi. Çox sonralar İslam dini və Müqəddəs Quran nazil oldu. Dediyimiz ayə insanların bir çoxuna "nağıl " kimi göründü. İnsanların böyük bir hissəsi XX əsrə qədər bu ayəyə şübhə ilə yanaşdı.. Məlum oldu ki, dəmirin Yer planetində və yaxud Yerə düşən günəş şüaları ilə əmələ gəlməsi mümkün deyil.
Tədqiqatlar nəticəsində alimlər dəmir mədəninin kosmosdan gəldiyini və dəmirin olduqca şiddətli istilik nəticəsində yarandığı fikrini ortaya qoydular. Deməli, Dəmir yüz milyon dərəcə istilikdə əmələ gələ bilər ki, bu istilik də günəşdən qat-qat böyük ulduzlarda olur. Günəşin istiliyi dəmirin əmələ gəlməsi üçün kifayət deyil. Dəmir “Supernova” adlandırılan ulduzların partlaması nəticəsində əmələ gəlir və kosmosa səpələnir. Ulduzların partlaması nəticəsində dəmir cazibə qüvvəsi sayəsində kainatda üzərək hərəkət edir. Bu dəmir parçaları yer kürəsinin atmosfer qatından keçəndən sonra cazibə qüvvəsi itdiyindən sürətli şəkildə havanı yararaq yere enməyə başlayır. Bəli, dəmir meteorit və ya asteroid kimi səma cisimləri vasitəsilə Yerə endirildi.
2-ci möcüzə: "dəmiri göndərdik". Allah-Təala bu ayədə dəmirin möhkəm və güclü olduğunu bizə vəsf edərək “…Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də nazil etdik…”, – deyə buyurur.
Elm adamları dəmir mədənlərinin möhkəm və qüvvətlilikdə yeganə olduğunu aşkarladılar. Dəmir atomlarında böyük güc mövcuddur və bu atomlar bir-birinə daxil olduqca bu güc daha da artır. Bununla yanaşı, dəmir atomlarına karbon atomları qarışır. Karbon atomları dəmirin möhkəmliyini və güclülüyünü çoxaldır. Bu atomlar artıqca dəmirdə güclülük, möhkəmlik və qüvvətlilik hasil olur. Buna ümumi olaraq şiddətli möhkəmlik deyilir.
3-cü möcüzə:" rəqəmlərdəki sirr":"yədə iki riyazi şifrənin mövcud olmasıdır. Belə ki, “əl-Hədid” surəsi Quranın 57-ci surəsidir. Dəmir izotopunun atom ağırlığı da 57-dir. Və “Bismilləhir rahmənir rahim”i 1-ci ayə saymaqla “əl-Hədid” 26-cı ayədir. Dəmirin atom sayı da 26-dır.
Elmin dəmir barəsində XX əsrdə əldə etdiyini Uca Allahın 14 əsr bundan əvvəl bildirməsi Quranın möcüzələrindəndir. Və bütün bunlar Qurani-Kərimin insan sözü olmadığının təkzibedilməz sübutudur.
Yardımlıya -Ərus (Arus) kəndinə kosmosdan hədiyyə
Bəzən düşünürəm ki, Azərbaycanda da Allahın möcüzələrinə şəkk edən, ona şirk qoşanlar var. Xüsusən bu dəmir ayəsinə yəqin ki, inanmayanlar olub. Belə olmasaydı Qüdrətli Allah “Supernova” adlandırılan ulduzların partlaması nəticəsində əmələ gələn və kosmosa səpələnən dəmirin böyük bir parçasını da Azərbaycana nazil etməzdi.
Bəli, düz oxudunuz, dünyada Yardımlı meteoriti və yaxud Ərus "daş"ı kimi tanınan, 1959-cu ilin 24 noyabrında saat 7:05-də Azərbaycana ilk dəmir meteorit kimi düşən, hazırda Şamaxı Astrofizika Rəsədxanasında saxlanılan 127 kq-lıq nümunədən gedir söhbət. Onu da vurğulayım ki, bu keçmiş SSRİ ərazisinə düşən 3-cü böyük meteorit sayılır.
Məlumatlarda deyilir ki, Yardımlı rayonunun Ərus və Jiy kəndləri ərazisinə düşüb. Sıx duman olmasına baxmayaraq, meteorit düşərkən təqribən 2800 km2 sahədə güclü işıqlanma yaradıb və bu 5-10 saniyə davam edib. Məlum olmuşdur ki, o məşhur Sihote-Alin meteorit yağışının yağmasından sonra düşdü.(Xatırladaq ki, sözügedən meteor 12 fevral 1947-ci ildə Sovetlər Birliyi zamanında atmosferə girib parçalanaraq ürək formasını alıb. Daş Sibirin Sihote-Alin bölgəsində tapılıb. Atmosferin təsiri ilə yüzlərlə hissəyə ayrılan meteoritin parçaları rus geoloqları tərəfindən 5 gün müddətində toplanıb- red- ƏR.) Burada onun altı fərdi nümunəsi tapıldı. Həm də bir deyil, müxtəlif ölçüdə bir neçə dənə:152.56 kq,127 kq, 11.3 kq, 5.9 kq, 2.3 kq, 0.36 kq ölçülərdə...
Məlumatda o da qeyd olunur ki, Yardımlı meteorit yağışının düşmə ərazisi ellips formasındadır və 8-1.5 km-dir. Uçuş istiqamətində 127 kq olan meteorit, diametri 2.8 metr olan bir konusu formalaşdırır və ona 2 metr perpendikulyardır. Bu konus Uzun-Zami ərazisinin şimal şərq hissəsində Jiy kəndindən şimal-qərbə doğru 1 km-dir. Konus divarlarının azimutu 2200-2300 olan cənub-qərb meylliliyi var. Konusun gövdəsi 550-600 üfüq bucağını yaradır. Konusun dərinliyi onun mərkəzi hissəsində 1.9 m-dir.
Unutmamış deyim ki, meteroitin digər qəlpələri SSRİ EA Meteoritlər Komitəsinin muzeyində saxlanılır. Yeri gəlmişkən, Azərbaycan ərazisində Qazax rayonu , Ağcabədi rayonunun Hindarx ərazilərinə də meteoridlər düşüb amma çox kiçik şəkildə...
Meteorit ilə əlaqəli olan süxurlar birləşmiş və rəngini dəyişmişdir. Bölünmədən əvvəl meteorit azimutu 2250-2300 cənub-qərbdən şimal-şərqə doğru hərəkət edir. Reqmaqliptik relyef meteoritin səthində tam olaraq görünür və reqmaqlitlərin bir neçə millimetrdən 10 sm-ə qədər ölçüsü var. Uçuş istiqamətində onlar dərinləşmiş, dəfələrlə 5-6 sm kənara dartılmış formada olur.
(Şamaxı Astrofizika Rəsədxanasında saxlanılan 127 kq-lıq həmin parça)
Əriyən qabığın 0.5-0.6 mm qalınlığı, tünd-qəhvəyi və qara rəngli, tutqun səthi var. Onun armuda bənzər ölçüsü var. Onun uzunluğu 48 sm, çəkisi ortada təxminən 26 sm və hər iki sonluqda 24 sm-dir. Hündürlüyü bir sonluqda 18 sm və digər sonluqda 28 sm-dir.
Daha sonra bilicilər deyir ki, dağların hündürlüyünün sürətlə artması relyefin dəyişikliyinə səbəb olur və bu özünü geoqrafik zonaların dəyişikliyində yaxşı göstərir.
Meteoritin bütün səthində yüksək cinahları ilə çox böyük və dərin reqmaqlitlər var. Bəzi reqmaqlitlərin ölçüləri 2 sm-dən 3-3.5 sm-ə və çox nadir hallarda onlar 4 sm-ə qədər dəyişir. Meteoritin səthində təxminən 40 nisbətən böyük çuxurlar movcuddur. Atmosferdə geniş yayılmış meteoritin hərəkəti zamanı onların tərkibi ərimişdi. Çuxurların ölçüsü 8 mm-dən 25 x 40 mm-ə dək dəyişir.
Əsas kimyəvi tərkibi bütün dəmir meteoritlərdə olduğu kimi dəmir nikel və kobaltdan ibarətdir. Həmçinin tərkibində çox az miqdarda silisium, alüminium, maqnezium, helium, germanium mövcuddur.
P.S.Mən bir bəndə olaraq iman gətirirəm və təsdiq edirəm: Həqiqətən, Allah yenilməz qüvvət və qüdrət sahibidir!
Əntiqə Rəşid