adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Aprel 2019 18:21
33267
MARAQLI

ALLAHI BƏNDƏNİN GÖRƏN GÖZÜ, EŞİDƏN QULAĞI, DANIŞAN DİLİ EDƏN CÖVHƏR: HƏYA

Həya ədəbin-gözələxlaqın ayrılmaz tərkib hissəsidir. Lüğəti mənasına görə tərbiyə, gözəl əxlaq vəhəya kimi dəyərləri ehtiva edib, bəndənin söz və davranışlarında insanlarlaxoş, mehriban davranmasına ədəb deyilir. İctimai şüur formalarından biri olan ədəb-əxlaq,ictimai həyatın bütün sahələrində insanların davranışlarını tənzim edən sosialinstitutdur. Bu termin dini mənasına görə müsəlmanın həz.Məhəmməd əxlaqı ilə yaşamasıanlamını verir. Çünki: "Məni Rəbbim tərbiyə etdi və tərbiyəmi də gözəletdi"; "Mən ancaq əxlaqı gözəl və yaxşı etmək üçün göndərildim" Peyğəmbər(ə) kəlamlarıdır.

İslam mənbələrinəgörə Cəbrayıl (ə) ağıl, iman və həyanı Adəm (ə)-yə gətirib dedi: "Allah sənəsalam verir və buyurur ki, bu üç nemətin birini seçəsən". Adəm (ə) ağılı qəbuledir. Bu zaman iman deyir: "Allah mənə əmr edib ki, ağıl hardadırsa, sən dəoradasan". Sonra həya da eyni sözü deyib, ağıl və imana qoşuldu. Deməli,Yaradan kimə ağıl veribsə, həya ilə iman da onunladır. Elə həmin səbəbdənislamda ağıldankəm və ruhi xəstələr mükəlləf(məsul, sorumlu) sayılmırlar. Ağıl sahiblərinin həqiqi insanlıqdan nəsibləriisə, onların iman və həyaları ölçüsündədir. "Həyasız imanını itirər;"həya imandandır"; "həya olmayan yerdə xeyir-bərəkət olmaz"və s. Peyğəmbər (ə) kəlamlarıdır.

Həyanın məna vəmahiyyəti

Həyanın lüğəti mənasıar edib utanmaq, pərdəli dolanmaq deməkdir. Bu terminin dini mənası isə Allahqorxusu və Allah məhəbbətinin vəhdəti ilə Onun istəmədiyi şeylərdən çəkinməkdir.Həya Rəbbə təzim üçün qəlbin darıxmasıdır. Lakin bu darıxmada bir qəlb əminliyivə ruh rahatlığı var. Bəndə həya vasitəsilə Allahın əzəmət və qüdrətiqarşısında özünün zəif və aciz olduğunu dərk edib, həddini bilir. Mahiyyətininbir damla su olduğunu bilən insan, həya vasitəsilə Onun kərəm və əfviqarşısında qüsurlu halına acıyaraq, Allaha asillikdən xəcalət çəkib özünə nəzarətedir. Həya, Allahın hər an və hər yerdə hazır və nazir olmasına müqabil bütün məxluqatınitaət etdiyi o uca Mövlanın ədəb və həyasına əməl etməkdir. Həya ilahi isimlərintəcəllilərini qəlb, ruh və vicdanda hiss etmənin adıdır. Məhz bu an Allahinsanın görən gözü, eşidən qulağı, danışan dili olur. Bu hal İ.Nəsiminin"Haqq məndədir" deyən zaman kəsb etdiyi məqamdır.

Ehsan bəndəninsanki Allahı görürmüş kimi təmiz qəlblə ibadət və əməldə bulunmasıdır. Həya, buehsan şüur və təfəkkürünə sahibolmanın ən bərəkətli və verimli meyvəsidir. Həyahər şeyi görən və bilən Allahın əzəməti qarşısında bəndənin "mənəmlik"iddiasından vaz keçib, özünə Rəbbin nəzəri ilə baxmasıdır. Gözəl əxlaqın tərkibhissəsi olan həya, həm də mərifət qapısının açarıdır. Mərifət isə hər kəsin əlindəncəlməyən ustalıq, məharət, hər yerdə və hər kəsdə görünməyən xüsusiyyət və hünərdir.

Həyasız insancamaat içində çılpaq əyləşən adam kimidir

İslama görəxeyirin başı Allah sevgisi, hikmətin başı Allah qorxusudur. Allah qorxusu isə həyanıntəməlini təşkil edir. Bu qorxu olmayan qəlbdə xeyir olmaz və o qəlbin sahibindəndə xeyir gəlməz. "Həyasızdan hər şey, həyalıdan ancaq xeyir gələr"Peyğəmbər (ə) kəlamıdır. Deməli, mömün bəndə Allah sevgisi və Allah qorxusu vəhdətindəolmalıdır. İnsan sevginin verəcəyi nazlanma və güvənmə hissinin yaratdığı ifratarxayınçılığa güvənib, Allah əzabının şiddətini unutmamalıdır. Peyğəmbər (ə)demişkən; "Mömün Allahın əzabının dərəcəsini bilsəydi, o, cənnətə ümid etməzdi.Kafir də Allahın rəhmətinin sonsuz olduğunu bilsəydi, həmin rəhmətdən ümidiniüzməzdi".

"Həya bəzəkdir,həya edib pis işdən çəkinmək isə mərhəmət və kəramətdir" - Peyğəmbər (ə) kəlamınıaçıqlayan həz. Əbu Bəkr buyurub: "Həyasız insan camaat içində çılpaq əyləşənadama bənzər". Elə "gözəllik ondur, doqquzu dondur" xalq məsəlidə bu kəlamdan qaynaqlanır. Təəssüf ki, bu xalq sözünü həya etmədən bəzi TVkanallarında "gözəllik ondur, doqquzu çılpaqlıqdır" kimi təqdim edənlərnə öz ailələri, nə cəmiyyət, nə də Allahdan həya edirlər. El arasında deyildiyikimi, utanmasan oynamağa nə var. Elə"Allahdan həya etməyən kəs insanlardan da həya etməz" Peyğəmbər (ə) kəlamıbelələrinə ünvanlanıb. Halbuki Quran ayələri və mənəvi-milli dəyərlərimizinhamısı həya və ədəbdən qaynaqlanır.

Həyanın əhəmiyyəti

Etiraf edək ki,müasir İslam aləminin qeyri-islamın elm və texnologiya sədəqəsinə möhtac olmasıgünümüzün ağrılı, fəqət təkzibolunmaz gerçəkliyindən biridir. Təəssüf ki, dünyəvi elmlərdəgeriliyimizlə yanaşı, "müasirləşməklə" əxlaqi, o cümlədən ədəb və həyasahəsində də aşılanmağımız göz qabağındadır. Deməli, bu axsama və aşılanmayason qoymaq üçün artıq "yetər" deyib, müasir elmlərə malik olmaqla yanaşı, həm də əsrlərləformalaşan milli-dini dəyərlərimizi qorumağıbacarmalıyıq. Məlumdur ki, həyası olmayan elmlinin cəmiyyətə gətirdiyi bəlavə müsibətlər, həyalı elmsizin əməlindən doğan zərərdən daha ağır və fəlakətlidir. Həmin səbəbdən həqiqimüsəlman üçün əsas vəzifə iman, elm və saleh əməl vəhdətinə nail olmaqdır.Lakin həya imandan olduğu üçün, bu vəhdətdə onun rolu danılmazdır.

Həyanın təməlindəsözün geniş mənasında heybət -hörmət, izzət, ləyaqət, şərəf, etibar, nüfuz və qorxu kimi dəyərlərdayandığı üçün, ən böyük elm ədəb və həyadır.Çünki Allahın məskən saldığı bir məkanda - qəlbdə heybət və həya olmazsa, həmin qəlbindaşıyıcısında xeyir olmaz və ondan xeyir də gəlməz: "Həyadan ancaq xeyir gələr"(həz.Məhəmməd). Zira həyanın əsli,toxumu xeyirdən ibarət olduğu üçün o, həmişəxeyirverimlidir. Çağdaş dünyada nadir tapıntıya çevrilən həya haqqında fikrimizi, vaxtilə Peyğəmbər (ə)-nin: "İman 70 şöbədən ibarətdir,həya da imandan bir şöbədir" kəlamı nurunda dəyərləndirsək, onda belə dədeyə bilərik: kim utanma, həya hissinə maliksə, o, təbrik və təqdir ediləsiadamdır.

Bəzi İslam üləmasınagörə, 5 şey insana bədbəxtlik və sıxıntı gətirən əlamətlərdəndir: qəlbqatılığı, gözün quruluğu, həyanın azlığı, dünyaya aludəçilik, uzun və çox əmələ vurğunluq. Lakin ifrat utanma hissini məqbulsaymayan digər üləma hesab edib ki: "Biz az ədəbə, çox həyadan daha çoxmöhtacıq. Adəmoğlu ədəbi ilə ünsandır. Ədəbsiz insan heyvandan fərqlideyil". Bu məqamda həm də həya nümunəsi olan mərhum akademik Xudu Məmmədovun:"Pis adam yoxdur. Adam pisdirsə, deməli o, adam deyil" kəlamını qeydetmək, məncə, yerində olardı.

Həyanın dərəcə vətəsnifatı

Həyanın üç dərəcəsivar:

1. Fitri həya. Yəniinsan iradəsinin müdaxiləsi olmadan yaradılışdan insanın vicdanına qoyulan ar vəhicab duyğusu. Fitri həya yalnız iman, ehsan, mərifət və məhəbbətdən gələn həyailə kamilləşdirildiyi zaman sahibini əbədi səadətə qovuşdurar. Bu dəyərlər səfərbəredilməzsə, fitri həya vicdan vasitəsilə özünü büruzə verib sahibini utandırsada, fəqət o, pis əməl və niyyətin qarşısını almaqda aciz olar. Məs. rüşvətxorvicdanında yerləşdirilən fitri həya ilə hiss edir ki, istər dini, istərsə dədünyəvi qanunlara görə rüşvət almaqharamdır. Həmin səbəbdən o, fitratdan verilən həya ilə cəmiyyətdən utanıb rüşvətigizli alır; 2. İman və ehsan şüurundan qaynaqlanan həya. Bu həya imanlı bəndəninən azı Quranla təsbit olunan fərzləri icra edib, haramlardan qaçmasıdır. Yəni bəndəbilir ki, onun hərəkətlərini görən və hər şeydən xəbərdar olan Allah var; 3.Peyğəmbər və vəlilərin mərifət və məhəbbətdən gələn həyası. Bu, "Siz ürəyinizdəolanı zahirə çıxartsanız da, çıxartmasanız da Allah ona müvafiq sizinləhaqq-hesab çəkəcək" (Bəqəra, 284) ayəsi ilə yaşayanların həyasıdır.

Həyanın təsnifatınaaşağıdakılar daxildir:

1) Çünahıetirafetmə və tövbə həyası - həz.Adəmin həyası kimi. Belə ki, Rəbbimiz ona:"Məndən qaçırsan?" - deyərkən, o, Rəbbinə: "Xeyr, Səndən haraqaça bilərəm?! Səndən həya edirəm" demişdi. Qeyd edək ki, Adəm (ə) bu ifadəniRəbbin qadağan etdiyi meyvəni yeyəndən sonra söyləmişdi.

2) Təzim həyası.Bu, Allahu-Təalanın uluhiyyətinin (allahlığının) əzəməti qarşısında qulluğununazlığını görüb: "Sənin şanına layiq səviyyədə Sənə ibadət edə bilmədik, yaRəbb!"- deyən bəndənin həyasıdır.

3) İrfan (Allahıdərk etmə) və iclal (əzəmət, böyüklük) həyası. Bu mələk, ənbiya və kəramətsahiblərinin həyasıdır.

4) Həmd, şükür vəminnət həyası.

Bu, Allahu-Təalanınsonsuz nemət, şəfqət və rəhmətinin maqabilində Ona lazımınca həmd-sənə vəşükürlər edə bilməyəcəkdən doğan xəcalət həyasıdır…

Həya bəşərağlının, bəşər əxlaqının məhsulu deyir

İslamda müxtəliftəsnifat və dərəcələrə bölünən həya, yalnız Allah həyasından qaynaqlanır. Allahhəyası isə, Onun dua edən bəndəni utandırmaqdan utanma həyasıdır. Peyğəmbər (ə)buyurub: "Qul əllərini Allaha qaldırdığı zaman Allah o əlləri geriqaytarmaqdan həya edər". Elə bu səbəbdən mərhəməti sonsuz olan Rəbbbuyurub: "Mənə dua ediniz, dualarınızı qəbul edərəm".

Həya - Allah əxlaqıolmaqla bərabər, həm də onun sirridir. Bəli, Allah həm də sir saxlayandır. O,istisna hallarda günahkar bəndəsinin belə sirrini faş etmir. Bununla O, həm də günah işlədən bəndələrinəxatırladır ki, tövbə edib günahlardan çəkinsəniz, Mən sizing gizli (sirli)günahınızı xalqa bəyan etmərəm.

İslam məxəzlərindəngələn rəvayətə görə, Rəbbimiz məhşərdə ixtiyar yaşında olan bir bəndəsinihesaba çəkib soruşacaq: "Bu günah işləri nə üçün etdin? Axı sənə kitabverib , peyğəmbər göndərmişdim". Həmin şəxs heç bir günah sahibiolmadığını dediyi üçün Allah mələklərə buyuracaq: "Elə isə onu cənnətəaparın". Bu zaman mələklər təəccüblə Ona: "Ya Rəbb, bu ağsaqqalınhansı günah işlətdiyini Sən çox yaxşı bilirsən və biz də onun günah etdiyininşahidiyik" - deyəcəklər. Allahu-Təalə isə buyuracaq: "Bəli, bilirəm.Lakin onun ağappaq saç-saqqalına baxıb, ayıbını üzə vurmaqdan həya etdim".Rəvayətə görə, Cəbrail (ə) bu hadisəni həz.Məhəmmədə danışarkən Peyğəmbərağlayaraq belə deyib: "Allahu-Təalə ümmətimin ağsaqqalından həya edir, ağsaqqallı ümmətim isə günahlarından xəcalət çəkib utanmır".

Bəs ümmət olaraqbiz hansı durumdayıq? Biz: "Siz Məni yaxşı gününüzdə yad edin ki, Mən dəsizi pis gününüzdə yad edim" Rəbb kəlamının əksinə olaraq, Onu işimiz çətinədüşəndə yad edirik. Onun mərhəmətli,duaları qəbul edən, şəfaətcil, rəhimli və səbirli olduğunu bilib, Ondan istəyirik.O da Ona ünvanlanan əlləri geri qaytarmaqdan həya edərək dualarımızı qəbuledir. Bəs sonra? Sonra biz Onun səbrini imtahan edərək yenidən kəlamlarınaasi olub, bəzən Ondan heç həyaetməyi belə ağlımıza gətirmirik. Və unuduruq ki, səbirli və mərhəmətliolan Allah həm də intiqam alandır, şiddətli cəza verməklə zəlil edəndir. Halbuki biz Onun yerdəki ən şərəfli xəlifəsi- məbədi, mənsub olduğumuz ölkənin sərvəti sayılırıq. Deməli, Allaha məxsusuq vəOnun sənət əsəri olan bədən və ruhumuzla Onu izzətləndirməliyik. Biz isə çoxvaxt əksinə, tövbə, ədəb, gözəl əxlaq və həyadan uzaq olmaqla özümüz özümüzü məhvedirik.

Həya həm də ismət,namus kimi milli və islami dəyərlərin qoruyucusu, qalxanı qismindədir. Həyalıinsanlar başqalarının şərəf və ləyaqətinə hörmət etməklə, öz şərəf və ləyaqətləriniqorumuş olurlar. Həya libasına bürünən belə insanlar "namusa toxunanınnamusuna toxunarlar" xalq deyimini heç vaxt yaddan çıxartmırlar.

Həz. Əlinin:"Abırlı olmağın ən ucası insanın özü özündən utanmasıdır" kəlamıişığında deyə bilərik ki, insan nəinki ictimaiyerlərdə, hətta tək ikən belə həyalı olmalıdır. Çünki tək olarkən deyilənhər bir ədəbsiz söz və ya edilən əməlinpis vərdiş halına gəlmək ehtimalı dahaçoxdur.

İslamda hər birmaddi-mənəvi dəyərin zəkatı olduğu kimi, həya da üzün-sifətin zəkatıdır. Ədəbsizmühitə düşən həyalı insan utanar, tər töküb xəcalət çəkər, özündən asılıolmayaraq simasının rəngi dəyişər. Üzünhəya vasitəsilə bu hala düşübsahibinə (fərdə) və cəmiyyətə verdiyi islahedici müsaj-xəbərdarlıq həmintoplumun saflaşıb çoxalmasına xidmət etdiyi üçün, həya həm də üzün zəkatı statusundadır. Həyalı bəndəninheç bir söz demədən - üzünün rənginin dəyişməsi və tər tökməsilə nəyianlatmasından yalnız mərifət sahibləri vəariflər xəbərdar olarlar.

Beləliklə, həz.Adəmdənmüasir dövrümüzə qədərki bəşər həyatının mənəvi tərəzisinə qısacanəzər salsaq aydın olar ki, ovaxt olduğu kimi bu gün də tərəzinin yüngül tərəfində əxlaq, ədəb və həya durur. Qarşılıqlı yardımlaşma, əhdə vəfalıq,mərhəmət hissinin tədricən yox olması,"sən çalış mən yeyim" prinsipi, valideyn və yaşlı nəslə sayğısızlıq,kişilərin qadınlaşması, qadınların kişiləşməsi və digər neqativlərin çoxalmasıhəyanın yalnız Rəbb və bəşər kitablarındaqalacağından xəbər verir. Əslində dünya miqyasında"demokratiyanın" əllərinin haqqın boğazında olması da, əxlaqın digərnövünün - siyasi həyanın yoxluğundan irəli gəlir. Belə olmasaydı, demokratikdövlət kimi tanınanlar torpaqlarımızın bir hissəsinin həyasız erməni işğalından həya edib, haqqa dəstək verərdilər.Lakin Haq gec etsə də, güc edər. Çünki, Rəbbimiz haqlının haqqı özünəqaytarılana qədər onunladır. Bəli, Allahu-Təala nə inanclı demokratik bəndəimicini formalaşdırmaq naminə əskinazlarında "İn God we trust" (Allahbizimlədir) yazanlarla, nə də işğalçıyaaçıq və ya gizli dəstək verənlərlə yox, haqsız zülmə məruz qalanlardır.Və inanclı ümmət olaraq, biz bu Rəbb kəlamının felən əmələ çevrilməsinin də inşəəlləh,şahidi olacağıq.

Postskriptum:Əxlaq, ədəb və həyanın yox olması həm də qiyamətin əlamətlərindəndir. Peyğəmbər(ə) buyurub: "Qiyamətin qopmasını görənlər, dünyanın ən pisadamlarıdır".