adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Aprel 2020 14:41
54900
MARAQLI

ALLAHA DUA ELƏMƏKLƏ İŞ BİTMİR...

Bir kəndi selaparır. Camaat doluşur qayıqlara ki, canlarını qurtarsınlar. Bir nəfər isədurur doqqazının ağzında Allaha dua edir ki,ay Allah məni xilas elə.

Su çıxırdizindən yuxarı. Yanından keçən qayıqdakılar deyirlər ki, min qayığa,boğulacaqsan.

O isə:”MənAllaha dua edirəm, Allah məni xilas edəcək”-deyir.

Su çıxır qurşaqdan yuxarı. Yanından keçənqayıqdakılar deyirlər ki, ay qaqa, min qayığa boğulacaqsan.

-Allaha duaedirəm. Allah məni xilas edəcək!

Su çıxırboğazına.Yenə bir qayıq yaxınlaşır. Camaat deyir ki, ay qaqa, min qayığaboğulacaqsan.

- Allaha duaedirəm! Allah məni xilas edəcək!

Nəisə, boğulubölür. Öləndən sonra Allaha şikayet edir ki, ay Allah, mən sənə bu qədəryalvardım,niyə məni xilas etmədin?

Allahdan səda gəlir:

- Mən sənindualarını eşidib, xilas etmək üçün 3 dəfə qayıq göndərdim.

İndi Allahadua eləməklə koronavirusdan qorunmaqmümkün deyil. Allah səni xilas eləmək üçün karantin qaydalarına,həkimlərin tövsiyyəsinə qulaq asmağa və evdə qalmağa məsləhət görür..

Yoxsaboğulacaqsınız!