adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Sentyabr 2017 14:22
17914
MƏDƏNİYYƏT

ALLAH BU MEHRİBANÇILIĞI ƏLİMİZDƏN ALMASIN

Qəzetələrdəoxudum ki, mədəniyyət ocağı sayılan İrəvan Dövlət Dram Teatrında babat bir dava düşüb, söyüşün biri də bir qəpik.Gülmək məni tutdu.

Ağdamın Ağdamvaxtı Musiqi Texnikumunun müəllimləri səhər-səhər pambıq yığımına gedirlər.Zaman o zamanıydı ki, təkcə şagirdlərə,tələbələrə deyil, müəllimlərə də pambıq yığdırırdılar. Özü də o müəllimlərəki barmaqları qızıl idi və barmaqlarııyla yaşayırdılar, yəni tar müəllimi, piano müəllimi, kamança müəllimivə sair və ilaxır.

Avtobusda bərksöz davası başlayır: bu onu söyür, o bunu təhqir edir. «Qarabağ» komandasınınqurucusu, məşhur futbolçu, bir zamanlar komandanın məşqçisi Adil Nadirov da texnikumda tar müəllimiidi. Qalxır ayağa, bir müsibətlə hamını sakitləşdirir ki, sözüm var. Nəhayət, hamını sakitləşdirəndənsonra deyir:

- Allah bu mehribançılığı bizim əlimizdən almasın.

Bu yadıma düşdü,güldüm. İndi Allah bu mehribançılığı İrəvan Dövlət Dram Teatrınınkollektivinin əlindən almasın.