adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Aprel 2016 13:43
16540
MARAQLI

Alimlər qadın xəyanətini dəstəkləyir

Kimliyindən,millətindən asılı olmayaraq xəyanətə nifrət edən, daim onu önləməyə çalışaninsan (post insan!) bu əməli də öz xeyrinə çevirməyi bacardı. Başqa sözlə,keçmişlə bərabər, ötənlərin duyğularına da qələm çəkən yeni insan xarakterinin, münasibətlərinin formalaşması üçün xəyanətdən yararlanmaq fikrindədir. Nyu-York Universitetlərindən birininbioloqları bəyan edirlər ki, qadınlar yalnız xəyanət etdikdən sonra düzgünmünasibət qura bilirlər. Nədənsə, şərqli-qərbli fərqi olmadan bütün kişilər istəniləntəcrübələrini qadın üzərində sınaqdan keçirməyə üstünlük verirlər. Axı niyə kişinin xəyanəti araşdırılmır ki, hər məqamda qadının duyğusundan,əməlindən tutmuş geyiminə qədər müzakirəyə çıxarılır?! Əlbəttə tarixə qədər vətarixdən sonrakı bütün dövrlərin əsas mövzusu olan qadın indi bütün mövzularıüstələyə bilir. Konkret olaraq, qadın xəyanəti mövzusunda, dindarlar, ədiblər,sıravi kişilər çox danışmışdı, bircə bioloqlar qalırdı ki, heyət tamamlansın.Bioloqlar isə öz növbəsində qadın xəyanətini dəstəkləyirlər. Deyirlər qadıngedib havasını dəyişib gəlsin, bu onun özünə də faydalıdır, qarşı tərəfə də. "Dəyişkənhava” əvvəl-axır sabitləşəcək, qadın kimin kim olduğunu saf-çürük edib birkişidə qərarlaşacaq. Bunun üçün 95 ölkənin qadınlarını gözdən keçirib, fikrinidə soruşublar. Belə qənaətə gəliblər ki, qadın həm xəyanət etməli, həm dəgörməlidir. Yalnız başı daşdan-daşa dəydikdən sonra ağıllanacaq. Əslində,bioloqlar artıq zəhmət çəkiblər: bunu qadınlar onlarsız da bilirdi. Amma oməlum adı üstlərinə götürməmək və vicdan, qürur qarşısında utanmamaq üçün xəyanətdənyan keçməli olurdular.