Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
Məşhur türkiyəli müğənni Aleyna Tilki NASA-nın (ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi) Uçan Naməlum Obyektlərlə (UNO) bağlı açıqlamasından sonra agentliyə qəribə çağırış səsləndirib.
Adalet.az xəbər verir ki, Aleyna Tilki NASA-dan yadplanetlilərin varlığının təsdiq edilməsini istəyib.
“Madam ki, ən böyük investisiyalar kosmosa qoyulur, o zaman yadplanetlilərlə görüşmək bizim haqqımızdır”, - deyə müğənni “Twitter” hesabında qeyd edib.
“NASA, cəmiyyətin şüurunu idarə etməyə çalışmaqdan əvvəl artıq sən də cəmiyyətin bir parçası ol və yadplanetliləri qəbul et. Rahat-rahat ünsiyyət quraq, o irqlərlə bir-birimizə ehtiyacımız var. Yarımçıq məlumatlar da verməyin, bu, cəmiyyətin qavrama qabiliyyətini idarə etmək deməkdir. Konkret şəkildə yadplanetli qardaşlarımız və dostlarımız arasında o körpünün qurulması üçün bir addım atın. Sadələşdirin bir az bu işləri”, - deyə Aleyna Tilki əlavə edib.
Xatırladaq ki, NASA bu günlərdə tarixində ilk dəfə UNO-larla bağlı ictimaiyyətə açıq mətbuat konfransı keçirib. Konfransda indiyə qədər naməlum hava cisimləri ilə bağlı 800-dən çox, ayda isə 50-dən 100-ə qədər məlumat daxil olduğu bildirilib. Lakin NASA-nın yadplanetlilərin varlığının təsdiqinə dair araşdırmaları davam etdirdiyi vurğulanıb.
Həmçinin UNO-larla bağlı bəzi görüntülər də nümayiş etdirilib./oxu.az
Digər Xəbərlər
19 Dekabr 2025 16:38
"Bakcell" lotereyasının 11-ci qalibi bəlli olub
19 Dekabr 2025 16:36
Meyxanaçı Ağakərim vəfat etdi
19 Dekabr 2025 11:26
Türkiyəli məşhur müğənni komaya düşdü
19 Dekabr 2025 09:24
Burak karyerasında bunu ilk dəfə edəcək
18 Dekabr 2025 18:59
Vəfa ərindən ayrıldığını etiraf etdi - "O Famil, o da siz"
18 Dekabr 2025 09:30
Aleyna Tilki saxlanıldı
17 Dekabr 2025 12:55
Nazilə Səfərli: “Şöhrət mənə dedi ki, dəyərsizdir deyə bağışlayırsan, dəyərli olsaydı…”
17 Dekabr 2025 10:59


Bakı -°C

