adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Iyul 2020 15:05
42283
LAYİHƏ

Albaniya dövlətçilik tariximizdə

Bu yazıda e.ə. IV əsrin sonu -III əsrin əvvəllərində mövcud olmuş qədim Azərbaycan dövləti olan Albaniyatarixindən bəhs olunur.

"Albaniya" və"albanlar" tarixi Azərbaycanın əsasən şimal vilayətlərini əhatə edənölkənin və həmin ölkədə yaşayan xalqın antik mənbələrdən məlum olan adlarıdır.Qədim Azərbaycan dövləti Albaniya tarixi Azərbaycan ərazisində, müasir Azərbaycan,Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərindəmövcud olmuş tarixi dövlət olmuşdur.

Paytaxtı əvvəlcə Qəbələ, sonraisə Bərdə şəhərləri olmuşdur. Antik dövrün müəyyən bir mərhələsini və erkənorta çağların bir neçə yüzilliyini əhatə etmiş Azərbaycan Albaniya dövrü Vətənimizintarixində böyük və çox mühüm mərhələdir. Azərbaycanlılar alban mədəniyyətinin,albanlar tərəfindən yaradılmış bütün dəyərlərin varisləridir.

Görkəmli qafqazşünas tarixçiYevgeni İqnatyeviç Krupnov yazırdı: "Albaniya tarixinin öyrənilməsi işindəheç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrintarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixivə taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlardünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar"(Krupnov E.İ. - Drevneyşaə kulğtura Kavkaza i kavkazskaə gtniçeskaə obhnostğ,"CA", 1964, No l).

Burada yaşamış tayfalarhaqqında Yunan-Roma müəllifləri məlumat verirlər. Strabonun məlumatına görə,Albaniya əhalisi 26 dildə danışan tayfalardan ibarət idi. QaynaqlardaAlbaniyada yaşayan xalq və tayfalar sırasında utilər, qarqarlar və amazonkalar,sovdelər, kaspilər, maqlar, sisaklar, mardlar və amardlar, ariaklar və anariaklar,qellər və leqlərin adları çəkilir. Bu tayfaların ən qədimləri Qafqaz və türkdillərində danışan avtoxton etnoslar olmuşlar (Əmpolğskiy Z.İ. Drevneyşiesvedeniə o törkax v zone Azerbaydjana, //Uçen. zap. AQU im. S.M.Kirova, 1966, ?2; Aliev K.Q. K voprosu o plemenax Kavkazskoy Albaiii//Tr. VIII mejdunar.konqressa antropoloqii, i gtnoqrafiç. nauk, t. 10, M., 1970; Aliev K.Q. Kvoprosu o nomadax Sredney Azii i drevneqo Azerbaydjana (Atropatenı i KavkazskoyAlbanii)//Üentralğnaə Aziə v kuşanskuö gpoxu. M., Nauka, 1975).

Qədim Albaniya etnik tərkibinəgörə kifayət qədər rəngarəng ölkə idi. Lakin albanlar bu ərazidə daha iri tayfaidi. Buna görə də bütün ölkə Albaniya adlanmağa başlanmışdı. Lakin bu datamamilə mümkündür ki, bu tayfanın özü adını ölkənin adından almışdır.

Mütəxəssislər qeyd edirlər ki,"Alban" adını türkdilli tayfalarla bağlamaq daha uyğun variantdır (Q.Qeybullayev, 1991, səh 227; Əmpolğskiy Z.İ. Drevneyşie svedeniə o törkax v zoneAzerbaydjana, //Uçen. zap. AQU im. S.M.Kirova, 1966, ? 2; Əmpolğskiy Z.İ.Drevnie avtorı o əzıke naseleniə Azerbaydjana //İAN AzSSR, 1955, ? 8; ƏmpolğskiyZ.İ. K voprosu ob odnoimennosti drevneyşeqo naseleniə Atropatenı i Albanii//Tr. İİF AN AzSSR, 1954, t. 4). Çünki hal-hazırda Orta Asiyada konkret olaraqQazaxıstanda alban adlı türkdilli qəbilə yaşayır. Bundan başqa çuvaşların özyaranışları haqqında dastanda çuvaşların yaranması haqqında danışılarkənbildirilir ki, onların ulu əcdadları Qafqaz dağlarının o tərəfindən gəlmişalpanlar olmuşdur. Son dövrlərdə aparılan sanballı elmi tədqiqatlar nəticəsindəQafqaz albanlarının türk mənşəli və türkdilli tayfa olması birmənalı şəkildəsübut edilmişdir.

Qafqaz Albaniyasında şəhərlərinyaranması məhsuldar qüvvələrin ümumi inkişafından, sosial-iqtisadi münasibətlərdəbaş verən köklü dəyişikliklərdən irəli gəlmişdi. Bunlar nəticə etibarı ilə sənətinəkinçilikdən ayrılmasına, ticarətin, əmtəə-pul münasibətlərinin coşquninkişafına, siniflərin və dövlətin meydana gəlməsinə səbəb olmuşdu. İnzibatibölgü baxımından Albaniya vilayətlərə və əyalətlərə bölünmüşdü. Albaniyanınsolsahil ərazisi 11 vilayətdən ibarət idi. Çola vilayəti Dərbənd keçidindən Cənubadoğru, təxminən Beşbarmaq dağınadək Xəzər sahili zolağı əhatə edirdi. Vilayətiniri şəhərləri Çola və Dərbənd idi. Lpina Çolanın Şimal-Qərbində, Çola ilə Şəkiarasında yerləşən vilayət olmuşdur.

Yunan müəlliflərinin əsərlərindəadı çəkilən Kambisenanın ərazisi Albaniyanın Şimal-Qərbində, İberiya sərhəddindəyerləşmişdi. Kambisena Şimal-Qərbdə Alazan və İori çaylarının orta axarlarından,Cənubda Kür çayınadək, Şərqdə isə Alazan, Kür və İori çaylarının qovşağınadək əraziniəhatə edirdi. Daş-kəsəli Şirak yaylasının da yarısı bu əraziyə daxil idi.

Qəbələ (Kabalaka) vilayətiLpinadan Cənubda, Şəki və Çola vilayətləri arasındakı ərazini əhatə edirdi. Buvilayətdə Albaniyanın paytaxtı Qəbələ şəhəri yerləşirdi ki, bu barədə ilk dəfəeramızın I əsrində Böyük Plini xəbər verir. Qəbələ antik dövrdən erkən orta əsrlərə- V əsrə qədər Albaniyanın paytaxtı, Alban Arşakilərinin iqamətgahı və albanarxiyepiskopunun qərargahı olmuşdur. 510-cu ildə Alban Arşakiləri öz hakimiyyətinibaşa vurduqdan sonra Qəbələ Sasanilərin təyin etdikləri mərzbanların qərargahınaçevrilir. Şəki vilayəti Qafqazın dağətəyi ərazisində, Qəbələnin Şimal - Qərbindəkiərazini tutur. Qərbdə və Cənub - Qərbdə tarixi Kambisena vilayəti ilə Şimal - QərbdəLpina vilayəti ilə, Cənub - Şərqdə Qəbələ ilə həmsərəd idi. Paytakaran (MoiseyKalankatlıda Balasikan, fars və ərəb mənbələrində Balasakan) vilayəti AzərbaycanRespublikasının Cənub-Şərq hissəsində yerləşərək, Xəzər dənizinin sahillərinə qədəruzanırdı.

Mil və Muğan düzlərinin birhissəsini əhatə edirdi. Ehtimal ki, Paytakaran ayrı-ayrı vaxtlarda vilayətin Cənubundayerləşən Atropatenanın Şimal - Şərq torpaqlarını da özündə birləşdirmişdir.Paytakaran siyasi cəhətdən gah Albaniyaya, gah da Atropatenaya meyl edib vəayrı-ayrı dövrlərdə onun tərkibinə daxil olmuşdur. IV əsrin II yarısındaPaytakaran birdəfəlik Albaniyanın tərkibinə qatılmışdır.Tarixi əyalət sayılanUti (yunanca Otena) Paytakaran kimi Kürün sağ sahilində yerləşirdi. ŞərqəPaytakaranla, Cənubda Artsakla həmsərhəd idi. Şimalda Kür çayı ilə əhatəolunmuşdu, Qərbdə isə Albaniya və İberiya sərhəddinə kimi uzanırdı. Antik şəhərlərdənAyniyana, Xani, Anariaka, Xalxal, eləcə də Moisey Kalankatlının yazdığına görə... Bərdə (Partav) bu vilayətdə idi.

Artsak və ya Ərsaq vilayətisağsahil Albaniyasının ən mühüm vilayətlərindən biri olmuş və hazırda Qarabağındağlıq hissəsini və Mil düzünün bir hissəsini əhatə etmişdir. Əyalətin əhalisiniqarqarlar, utilər, hunlar, xəzərlər və barsillər təşkil edirdi.

Sünik - (Sisakan) vilayətiAlbaniyanın Cənub ucqarında yerləşərək Qərbdə Ermənistan və Şimalda Artsakarasındakı ərazini əhatə etmiş, Göyçə gölünün Cənubunda yerləşmişdir. Sünikayrı-ayrı dövrlərdə gah Albaniyanın, gah da Atropatenanın tərkibində olmuşdur.Bizim eranın I əsrində hakimiyyət başına gələn ilk Albaniya hökmdarını Sünik nəsliilə bağlayırlar.

(ardı gələn sayımızda)

Əbülfət MƏDƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.