adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
05 May 2020 09:42
36225
ŞOU-BİZNES

Aktrisa Xuraman Əlizadə: “Qurtlu və paxıl insanlarda qıcıq yaradıram”

Yadınızdaolarsa, ötən illərdə aktrisa və aparıcı Xuraman Əlizadə ilə bağlı mediadabelə bir xəbər yayılmışdı:

"Hər ikimizailəli olmuşuq, ayrılmışıq. Heç kim heç kəsin ailəsini dağıtmayıb”

Buhaqda nikahsız hamiləliyi ilə qınaq obyektinə çevrilən aktrisa və aparıcıXuraman Əlizadə haqqında danışılanlara sosial şəbəkədən münasibət bildirərkəndeyib. Belə ki, aktrisa onu ittiham edənlərə sərt mesaj göndərib:"Bu haqda yəqin ki, efirdən danışacam. Lakin zaman keçdikdən sonra. Övladımnikahdan kənar doğulacaq ya yox, vaxtı gələndə hər kəsə sübut edəcəm. Məniittiham edənlərə, haqqında xoşagəlməz fikirlər yazanlara rəsmi nikahımızı vədini nikahımızı göstərəcəm. Təbiətən davakar insan deyiləm, amma səbrim də müəyyənyerə qədərdir.. Heç kimin bir başqasının hisslərilə oynamağa haqqı çatmır.Allaha xatirinə, bəsdirin”-, deyən X.Əlizadə sənətdə ilk addımarını atdığıvaxtdan indiyədək şəxsi həyatı ilə gündəmə gəlməyi sevmədiyini, bu açıqlamanıisə məcburən verdiyini vurğulayıb: "Şəxsi həyatımı qapalı yaşayanlardanam. Heçvaxt bu barədə danışmaq istəməzdim. Lakin buna məcbur edirlər. Səhifəmdəağzına, ağlına gələn fikirləri yazanlara söyləyirəm. Ola bilsin, artıqkilolarım məni yaşımdan artıq göstərir, amma məlumunuz olsun ki, anam məni1981-ci ildə dünyaya gətirib. Ailə qurmağıma gəldikdə isə, bəli, özümdən 5 yaşkiçik insanla ailə qurmuşam. Bir şeyi bilmənizi istərdim. Hər ikimiz ailəliolmuşuq, ayrılmışıq. Heç kim heç kimin ailəsini dağıtmayıb. Hər ikimizin ailələriarasında qohumluq əlaqələri var. Qohum kimi gediş-gəlişimizim, hörmətimiz var.Toyumuz olmayıb. Əsas hər iki tərəfin razılığı ilə rəsmi nikaha girmişik, dininikah kəsdirmişik. Vəssalam! Toyumuzun olmamağına gəldikdə isə, məgər təmtəraqlatoy çaldırıb ayrılanlar azdır? Xoşbəxtlik nə kağıza baxır, nə də toya”. Aktrisahaqqında xoşagəlməz ifadələr yazaraq, onu qınayanlarada münasibət bildirib:"Utanın, boş-boş yazmaqla nə əldə edirsiz? Mən aktrisayam, kimə maraqlıyamsa,tamaşalarıma baxsın və fikrini bildirsin”. Xuraman Əlizadə dünyaya gələcək körpəsinin atasınısosial şəbəkə vasitəsilə ictimaiyyətə təqdim edib: "Bu insanla ailə qurmuşuq vəinşaallah başa kimi olar. Barəmizdə xoşagəlməz sözlər yazanlar, əslində, bizimbir-birimizə daha da möhkəm bağlanmamıza stimul yaradırlar”.

"Qurtlu və paxıl insanlarda qıcıq yaradıram”

Adalet.az xəbər verir ki, bu sözləri ARB TV-nin "Elgizlə İzlə”verilişində qonaq olan aktrisa Xuraman Əlizadə deyib:

"Kilolu olmağım, özümdən 5-6 yaş kiçik biri iləailə qurmağım, xüsusilə xanımlarda qıcıq yaradır. Deyirlər ki, bunun yaşıkeçib, kilolu ola-ola ərə getdi, mənim yaşım, çəkim normal bizi niyə alanyoxdur? Düşünürəm ki, bu tərəfdən qurtlu və paxıl insanlarda qıcıq yaradıram”.

Əntiqə Rəşid