adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
20 Avqust 2014 15:47
6235
GÜNDƏM

“Akkord” bank hesablarının həbsi iddialarına aydınlıq gətirdi

"Akkord” Korporasiyası Türkiyədəki bank hesablarına həbs qoyulmasına dair yazılanlara aydınlıq gətirdi. Korporasiyadan Adalet.az-a daxilolan məlumata görə, Azərbaycanın bəzi KİV-də "Akkord”un Türkiyədə göstərdiyi fəaliyyətçərçivəsində öhdəliklərini yerinə yetirə bilməməsi və bu səbəbdən KorporsiyanınTürkiyədəki bank hesablarına həbs qoyulmasına dair yazılan məlumatlar qərəzli vətəhrifedilmiş şəkildə təqdim edilib.

Belə ki, bu məlumat artıq məhkəmədə haqsız olduğu sübut edilən şəxslərvə şirkətlər tərəfindən yayılıb: "İlk öncə qeyd etmək istərdik ki, "Akkord SənayeTikinti İnvestisiya Korporasiyası” ASC-nin Türkiyədəki filialının göstərdiyi fəaliyyətçərçivəsində bu günə kimi yerinə yetirə bilmədiyi və ya yerinə yetirməkdə çətinlikçəkdiyi hər hansı bir öhdəliyi yoxdur. Xəbərdə adı çəkilən, bəzi layihələrdə "Akkord”unSubpodratçısı kimi çıxış edən "Ada Metal” A.Ş. adlı şirkət "Akkord” qarşısındaolan öhdəliklərini yerinə yetirə bilməyib. Bu səbəbdən də, "Akkord”  şirkətlə bağlanmış müqaviləyə birtərəfliqaydada xitam verib. Hesab edirik ki, bu xəbərin yayılması məqsədyönlü şəkildəmüqaviləyə xitam verilməsi ilə əlaqədar olub və Korporasiyamıza qarşı haqsız tələblərinirəli sürülməsindən qaynaqlanır”.

Korporasiyadan o dabildirilib ki, "Akkord”un xəbərdə adı çəkilən Öz Volkan Petrol Şirkətinin ilə isəheç bir biznes əlaqəsi və işbirliyi mövcud deyildir.

Hazırda "Akkord”  Korporasiyasının Türkiyə Respublikasındakıfilialı Soma və Tunçbilek bölgələrində torpaq qazıntı və daşıma işlərinin həyatakeçirilməsi layihələrini yerinə yetirir. Tunçbilek bölgəsində həyata keçirilənlayihənin  2016-cı ilin iyun ayında bitirilməsinəzərdə tutulur. Soma bölgəsində həyata keçirilən layihə isə 2015-ci ilinoktyabrında yekunlaşacaq.