Akademik Ziya Bünyadovun kitabı Serbiyada çap edilib

Azərbaycan Respublikasının Qərbi Balkan ölkələrində – Serbiyada, Monteneqroda, Bosniya və Herseqovinada Fövqəladə və Səlahiyyətli səfiri Eldar Həsənovun təşəbbüsü və dəstəyi ilə Belqradda görkəmli tarixçi alim, akademik Ziya Bünyadovun «Azərbaycan VII-IX əsrlərdə» kitabı nəfis tərtibatla işıq üzü görüb. Belqradın «Total Trade İnternational» nəşriyyatında çar olunmuş əsəri tanınmış serb mütəxəssisi Draqolyub Masliçin redaktorluğu ilə Qradimir Poliç və Nina Poliç tərcümə edib.
Qeyd edək ki, akademik Ziya Bünyadovun 1500 tirajla nəşr olunmuş əsərinin Qərbi Balkanda nəşri səfirliyin bu sahədə ilk işi deyil. Təkcə son beş il ərzində Belqradda, Novi Sadda, Sarayevoda və Podqoritsada bir sıra kitablar - "Görkəmli adamların həyatı" silsiləsindən «Heydər Əliyev» və professor Zemfira Səfərovanın «Üzeyir Hacıbəyli» kitabları, Cəlil Məmmədquluzadənin «Seçilmiş əsərləri», Rəsul Rzanın «Rənglər» poeması, Elçinin «Ölüm hökmü», Çingiz Abdullayevin "Balkan opponentləri”, Kamal Abdullanın «Yarımçıq əlyazma» romanları, «Qarabağ həqiqəti», «Erməni soyqırımı: miflər və gerçəklər», «223-cü Qırmızı Bayraqlı Belqrad diviziyası» və s. kimi elmi, tarixi, bədii, sənədli nəşrlər serb və Çernoqoriya dillərinə tərcümə olunaraq adı çəkilən ölkələrdə geniş yayılıb.
Digər Xəbərlər

Ana Dilimizə Yol Açan Tarix

“Ulduz” jurnalının iyul-avqust sayı dərc edilib

Xoşbəxtlik paylaşılınca çoxalırmış! - Aqşin Yenisey yazır

Əbülfət Mədətoğlu: Oğul xəcaləti

ŞƏHİDLƏR BOYLANIR BU KİTABDAN

Əzəli-əbədi güc - Pərvanə Bayramqızı yazır

Rəhbəri A(a)qil olan “Ə(ə)dalət”in İ(i)radəli baş redaktoru varsa, bu qəzetə zaval yoxdur - İqbal Alısoydan TƏBRİK YAZISI
