Aİ Rusiyanın ən varlı qadınına sanksiya tətbiq etdi
Avropa İttifaqı (Aİ) Ukraynaya qarşı davam edən müharibə ilə əlaqədar tətbiq etdiyi yeni sanksiyalar paketi çərçivəsində Rusiyanın ən varlı qadını, nəhəng onlayn pərakəndə satış platforması olan “Wildberries”in təsisçisi Tatyana Kimə qarşı məhdudiyyətlər tətbiq edib.
Adalet.az “Financial Times” nəşrinə istinadən xəbər verir ki, Aİ-nin rəsmi sənədində “Wildberries”in hərbi və ikili təyinatlı malların satışına şərait yaratmaqla Rusiya ordusu üçün təchizat şəbəkəsi rolunu oynadığı vurğulanıb.
Brüssel Tatyana Kimi Rusiya hökumətini maddi və maliyyə cəhətdən dəstəkləməkdə və bu əməkdaşlıqdan faydalanmaqda ittiham edir.
Qeyd edək ki, bazar ertəsi elan olunan son məhdudiyyətlər paketi ümumilikdə 12 fiziki şəxsi və 100-ə yaxın qurumu, o cümlədən Rusiyanın neft emalı zavodlarını, banklarını və sanksiyalardan yayınmaq üçün istifadə edilən “kölgə donanması”nı hədəf alıb.
Əlavə edək ki, 2004-cü ildə qadın geyimləri mağazası kimi fəaliyyətə başlayan “Wildberries” sonradan Rusiyanın ən böyük vergi ödəyicilərindən birinə çevrilib. Tatyana Kimin hazırda rəhbərlik etdiyi RWB şirkəti (2025-ci ildə “Wildberries” və “Russ Outdoor” reklam qrupunun birləşməsi ilə yaradılıb) Aİ ölkələrində heç bir aktivinin və fəaliyyətinin olmadığını əsas gətirərək, sanksiyaların onların ekosisteminə təsir etməyəcəyini bəyan edib.
Xatırladaq ki, şirkətin birləşmə prosesi 2024-2025-ci illərdə Tatyana Kim ilə keçmiş həyat yoldaşı Vladislav Bakalçuk arasında ciddi qalmaqallara, Çeçenistan lideri Ramzan Kadırovun məsələyə müdaxiləsinə və hətta şirkət ofisində iki nəfərin ölümü ilə nəticələnən silahlı insidentə səbəb olmuşdu. “Forbes”in qiymətləndirməsinə görə, 2026-cı ilin fevralında 8,1 milyard dollar olan Kimin sərvəti bazar geriləməsi və Ukraynanın şirkət anbarlarına endirdiyi PUA zərbələrindən sonra təxminən 5 milyard dollara enib.
Digər Xəbərlər
17 Noyabr 2026 07:37
Wi-Fi yığışdırılacaq, diş məcunu qadağan ediləcək - Ağlasığmaz vədlər verir
17 Noyabr 2026 07:36
İran yüksəkvəzifəli ABŞ rəsmilərinə sui-qəsd hazırlayıb? - Ağ Evdən cavab
17 Noyabr 2026 07:32
Günahını etiraf edib üzr istədi - “Kinonun nəhəngi devrildi”
16 Noyabr 2026 18:44
“Putinlə Trampın görüşü mütləq baş tutacaq” - Uşakov
16 Noyabr 2026 18:28
Latviya Rusiya və Belarusdan taxıl tranzitinə qadağanı nəzərdən keçirir
16 Noyabr 2026 17:45
Bəhreyndən İrana bağlı şəxslərə ağır cəza – 64 nəfər ömürlük həbs edildi
16 Noyabr 2026 17:40
Hakan Fidan yunanıstanlı həmkarı ilə görüşdü
16 Noyabr 2026 12:46


Bakı -°C

