Saçlarını mineral su ilə yumağa başladılar
Mineral su içki olmaqla yanaşı, son dövrlər saç və dəri baxımında da alternativ vasitə kimi istifadə olunur. Zəngin mineral tərkibi sayəsində həm saçlara, həm də üz dərisinə müsbət təsir göstərdiyi bildirilir.
Adalet.az xəbər verir ki, tərkibindəki maqnezium, kalsium və kalium kimi minerallar mat və cansız saçların daha parlaq, canlı görünməsinə kömək edir.
İnce telli saçlara dolğunluq və həcm qazandırmaq üçün şampunla yuduqdan sonra son yaxalama suyunda istifadə olunur.
Üz dərisinə təsiri:
Təmizlənmiş üzə az miqdarda tətbiq edildikdə tərkibindəki minerallar dərini təravətləndirir və ona canlı görünüş verir.
Vacib qeyd: Mineral suyun qırışları aradan qaldırması, məsamələri daraltması və ya sızanaqları (akne) müalicə etməsi elmi cəhətdən sübut olunmayıb; təsiri müvəqqəti təravətləndirmə ilə məhdudlaşır.
Həssas dəriyə və baş dərisinə malik şəxslərdə qıcıqlanma və ya quruluq yaranarsa, istifadə dərhal dayandırılmalıdır.
Digər Xəbərlər
17 Noyabr 2026 07:33
Açıq-saçıq şəkillər müqabilində müharibə planlarını sızdırıb - Daha bir “bal tələsi” qalmaqalı
17 Noyabr 2026 07:32
Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı
17 Noyabr 2026 07:30
Pasportları alüminium folyoya bükürlər
17 Noyabr 2026 07:13


Bakı -°C

