Agentliyin dəstəyi ilə “Narkomaniyaya qarşı mübarizədə təbliğat kampaniyasının təşkili” layihəsi həyata keçirilib
“Yeni həyat-iqtisadi inkişaf” İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə “Narkomaniyaya qarşı mübarizədə təbliğat kampaniyasının təşkili” layihəsini həyata keçirir.
Layihənin məqsədi. Şəxsiyyətin və cəmiyyətin narkomaniyanın istənilən formalarından müdafiəsini təşkil etmək, Narkomaniyanın aşkar edilməsi və qarşısının alınmasından, habelə nəticələrinin aradan qaldırılmasına dəstək olmaq, Narkomaniyadan zərərçəkmiş şəxslərin reinteqrasiyasını təmin etmək, Şəxslərin narkomaniyanın qurbanına çevrilməsi riskinin azaldılmasında hökumətin gördüyü işlərdə ictimai rolun arıtırlmasını təmin etmək, Narkomanların cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması istiqamətində davamlı iş aparmaqdan ibarətdir.
Layihə çərçivəsində Narkomaniyadan əziyyət çəkən şəxslərin sağlam sosial həyata inteqrasiya olunması ilə bağlı informativ videoçarxın çəkilişi (3 dəqiqəlik) həyata keçirilib. İnnovativ videoçarxın çəkilişi zamanı Daxili İşlər Nazirliyinin əməkdaşları, Milli Məclisin deputatlarının fikirlərinə yer verilib. Eyni zamanda Narkomaniyadan əziyyət çəkənlərin sosial müdafiəsi mövzusunda maarifləndirici 3 ədəd videoçarx (3 dəqiqəlik) hazırlanıb. Hazırlanan videoçarxların sujet xəttində bu bəlaya yoluxan insanların qaranlıq taleyi işıqlandırılıb.
Eyni zamanda bu bəladan qorunma yolları ilə bağlı mütəxəssislərin fikirlərinə yer verilib.
Layihə çərçivəsində həm elektron KİV həm də sosial şəbəkədə geniş PR işi həyata keçirilib. Həm layihə rəhbəri həm işçi kontingenti mütəmadi olaraq 50 mindən artıq üzvü olan facebook quruplarında paylaşımlar geniş izləyici kütləsinə çatdırılmaq üçün paylaşımlar edilib.
Digər Xəbərlər
25 Sentyabr 2026 09:00
AZƏRBAYCAN DÜNYAYA NÜMUNƏDİR
21 Sentyabr 2026 11:16
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
18 Sentyabr 2026 09:00
DÜNYANIN ƏN GÖZƏL YURDU: KƏLBƏCƏR!
11 Sentyabr 2026 09:00
DÜNYAYA İNTEQRASİYA OLUNMAQ ASAN MƏSƏLƏ DEYİL
09 Sentyabr 2026 16:00
"I Bakı Türkoloji Qurultayı arxiv sənədlərində”: Azərbaycan Türk Ocağı yeni kitab hazırlayıb
04 Sentyabr 2026 09:00
QUBA TANINMAZ DƏRƏCƏDƏ GÖZƏLLƏŞİB
01 Sentyabr 2026 10:32
BAKIDA BORÇALI AŞIQLARININ KONSERTİ OLACAQ
31 Avqust 2026 12:32


Bakı -°C

