adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Avqust 2014 22:02
10891
KRİMİNAL

Ağdaşda azyaşlının ölümü ilə nəticələnən qəza baş verib

Ağdaşrayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə,hadisə bu gün axşam saat 17:30 radələrində Ləki-Xınaxlı avtomobil yolunun 8-cikilometrliyində, Adab kəndi ərazisində qeydə alınıb.

Rayonun Ağzıbir kənd sakini 1986-cı iltəvəllüdlü Ədilov Mahir İbeydə oğlu idarə etdiyi 99-BF-932 dövlət nömrə nişanlı"Mersedes” markalı minik maşını ilə hərəkətdə olarkən yolu velosipedlə keçənAbad kənd sakini 2001-ci il təvəllüdlü Abdulkərimov Rəmzi Əfqan oğlunu vurub.Abad kənd orta məktəbinin 8-ci sinif şagirdi Rəmzi Abdulkərimov aldığı ağır xəsarətlərsəbəbindən hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən sürücü saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırmaaparılır.