«AĞDAM» ÇAXIRI

VaxtiləAğdamda bu adda çaxır buraxılırdı. Brendidi. Ölkəmizdə bu çaxıra elə tələbat yox idi. Rusların ən çox sevdiyi şərab idi. Üstündə qırğın düşürdü.
Ağdamın Ağdam vaxtışərab zavodlarında ekspeditorlar deyirdilər ki, Ursetə çaxır aparanda bir sisternidə «levi» vururduq və Ursetin şəhərlərindənkeçəndə camaat bilirdi ki, Ağdamdan şərab yüklü qatar gəlir. Bəlkə hər stansiyada200-300 adam əlində vedrə bizi gözləyirdi. Əməlli başlıpul götürürdük. Təbii ki, o puldan da rayonda hamıya çatırdı.
«Ağdam» çaxırının özəlliyinə idi? Şirin çaxır idi, çox ucuz idi və həm də yarım litri ilə iki nəfər qəşəng dəmlənə bilirdi. Bir sözlə, uruslar ölürdübu çaxır üçün.
İndi oxuyuram ki,hardasa, deyəsən Pribaltikada «Ağdam» brendiilə şərab buraxmağa başlayıblar, mətbuatdaşəkilləri də paylaşmışdılar. Əslində bu oğurluqdu, ən azı buna görə patent ödəməlidirlər. Bunları atdıq bir kənara, bununla qoy hökumət məşğul olsun, əgər həvəsi varsa.
Məsələ ondadır ki,Ağdamda yenə (işğal altda olmayan ərazidə) gərək ki şərab zavodu var, üzüm də əkilib.
Özü də «Ağdam» şərabını təkcə Ağdamda istehsal etmirlər, başqa rayonların şərab zavodları da az-çox bu adda çaxır buraxırlar.
Qısası, «Ağdam» çaxırını yenidən özümüz istehsal edə bilərik, uruslar dadurur dana.
Söz indi Kənd TəsərrüfatıNazirliyinindi.
Digər Xəbərlər

“Sovetski”də qəzalı binaların söküntüsünə başlanıldı

Xankəndi şəhərinə infotur təşkil edilib - VİDEO

Polis kömək etdi

Dəniz, yoxsa, hovuz?!

Gözünüz aydın, köçkünlər "zəbt etdikləri mənzili "özləri ilə aparmadılar
jpg-1754463883.jpg)
Qasapet dağının qartalları: "Mi-24"-ün 33 illik dastanı

Pomidorlar sahədə qalıb çürüyür...
