Pomidorlar sahədə qalıb çürüyür...

Bu sözləri Masallıdan olan fermerlər deyirlər. Onlar deyirlər ki, ilboyu əziyyət çəkdiyimiz, tər töküb beçərdiyimiz pomidorları alan yoxdur.
Biz düşünürdük ki, həm əkdiyimiz məhsulun maya dəyərin çıxararıq, həm də qazanc əldə edərik. Amma indi nə maya dəyərin çıxara bilirik, nə də qazana bilirik. Təsəvvür edin ki, pomidorun bir koloqramına heç 20 qəpik belə verən yoxdur. 35 kiloqramlıq pomidor yeşiyini 4 manata alan tapılmır.Bunlar bir yana, məhsulu qəbul edən emal zavodu da fəaliyyət göstərmir.
Hansı ki, sovet dönəmində biz bu məhsulları konservi zavodlarına təhvil verirdik və pulumuzu da , alırdıq. İndi qalmışıq çıxılmaz vəziyyətdə. Hara müraciət edirik, bizə kömək edən yoxdur. Hamı söz verir, amma heç bir nəticə görmürük!
Hər bir rayonda Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə kömək göstərən qurumları var. Təəssüf ki, bu qurumun da heç bir fəaliyyəti hiss olunmur. Həmin qurumların rəisləri özləri kənd təsərrüfatı məhsulları əkib- beçərməklə məşğuldurlar, amma fermerlərə heç bir kömək edə bilmirlər. Sahələrdə isə məhsul bol, alıcı isə yoxdur. Və belə getsə, olmayacaq da! Təsərrüfatlarda isə pomidorlar çürüyür!
Emil Faiqoğlu
Digər Xəbərlər

“Sovetski”də qəzalı binaların söküntüsünə başlanıldı

Xankəndi şəhərinə infotur təşkil edilib - VİDEO

Polis kömək etdi

Dəniz, yoxsa, hovuz?!

Gözünüz aydın, köçkünlər "zəbt etdikləri mənzili "özləri ilə aparmadılar
jpg-1754463883.jpg)
Qasapet dağının qartalları: "Mi-24"-ün 33 illik dastanı

Naxçıvanda 41 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA
