AFFA-dan Reynaldo və Ramosa cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Adalet.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, İntizam Komitəsi Azərbaycan kubokunun finalında keçirilən "Qarabağ” – "Neftçi” oyunu ilə bağlı müvafiq qərarlar qəbul edib.
Oyunun 120-ci dəqiqəsində "Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.
Oyunun 120-ci dəqiqəsində "Neftçi” klubunun futbolçusu Erik Ramos kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.
Oyunun 120+1-ci dəqiqəsində "Qarabağ” klubunun futbolçusu Reynaldo Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00