Afaq Bəşirqızı: Atam dedi ki, səni öldürüb sonra öləcəyəm - VİDEO
Xalq artisti Afaq Bəşirqızı atasının ağır xəstəlik dövrü ilə bağlı yaddaşında dərin iz buraxan xatirəsini bölüşüb.
Adalet.az xəbər verir ki, İctimai Televiziyada yayımlanan “Ötən günlər” verilişinə qonaq olan Xalq artisti o dövrdə yaşadıqları çətinlikləri dilə gətirib.
“Bir gün atamın çox ağır günlərində mənə dedi ki, “mənə düşbərə yedir”. Mən ona düşbərəni yedirdirdim və o hiss etdi ki, mən də acam. Dedi ki, “qalanını ye”. Mən də başa düşmürəm, uşağam, 14 yaşım var. Nimçədə nə vardısa, hamısını acgözlüklə yedim. Çünki dərsdən gəlmişdim, çox yorğun idim, ac idim. Baxdı, baxdı mənə, dedi ki, “həyat çox alçaq həyatdır, mən bilsəm ki, 5 dəqiqədən sonra öləcəyəm, mən səni öldürəcəyəm, sonra öləcəyəm”, – Afaq Bəşirqızı deyib.
O bildirib ki, atasının həmin sözləri bu gün də onun yaddaşında yaşayır və həyat yoluna təsir göstərir.
Daha ətraflı videoda:
Digər Xəbərlər
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57
Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində - FOTOLAR
27 Fevral 2026 12:14
“Addım-addım vətəndə” layihəsi Gəncədə
26 Fevral 2026 09:10
Xocalı: Unudulmaz yaddaşın musiqi ilə danışdığı axşam
25 Fevral 2026 18:50


Bakı -°C

