adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Oktyabr 2018 12:41
14418
ƏDƏBİYYAT

Adsız yazı

Oktyabrın 14-də görkəmli Azərbaycan şairi MəmmədArazın anadan olmasının 85 illik yubileyidir.

Yəqinki, yazının sərlövhəsiz olduğunu çoxları başa düşər... Daha doğrusu, yazıya bəndənizinsərlövhə tapa bilməməsini... Məsələ belədir ki, dahi şairimiz Məmməd Araz haqqındadahilərin onlarla, yüzlərlə məqalələri var və hər məqalənin də Məmməd Arazalayiq sərlövhəsi. Bəndəniz də LAYIQ bir sərlövhə tapmaqda aciz qalacağınıbildiyi uçün, elə əvvəlcədən yazıya sərlövhəsiz başlamağı qərara aldı...

Azərbaycanımızındahi şairləri dedikdə, Vətənimizin ağrı-acılarını ürəyində daşıyan poeziya vurğunlarınıngözü önünə Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Məmməd Araz, BəxtiyarVahabzadə, Xəlil Rza, Cabir Novruz və onlarla, yüzlərlə qəlbi Azərbaycanla döyünmüşşairlər gəlir...

Bizimisə, yəni bəndəniz kimi ədəbiyyat sahəsindən uzaq, qeyri-peşəkar jurnalistadlanan və sadəcə bir qəzetçi olanların öhdəsinə yuxarıda adlarını çəkdiyimiz vəçəkmədiyimiz dahilərimizi tez-tez yad etmək, onların ruhu qarşısında baş əyməkdüşür.

Buyazını da mən xalqımızın bu il anadan olmasının 85-ci ildönümünü qeyd etdiyidahi şairimiz Məmməd Araza həsr etmək istəyirəm.

MəmmədArazın adı çəkiləndə şəxsən mənim beynimdə çağlayıb daşan, Vətənimizi iki yerəbölən və bu bölgüdə elə bil ki, özünü günahkar sayan təlatümlü ulu Arazın hayqırtısı,sonra isə dahi şairin heç də Arazın hayqırtısından geri qalmayan, insanı düşünməyəvə düşündükcə çəkdiyimiz müsibətlərin səbəbini və həmin müsibətlərə necə sonqoymağın yollarını axtarmağa sövq edən əsərləri bir fırtına qoparır...

Yazıyabaşlamazdan əvvəl Məmməd Araz haqqında tanınmış şəxsiyyətlərin yazdıqları ilətanış olmağı və onların dəyərli fikirlərindən istifadə etməyi qərara aldım. Vəinternetdə birinci rastıma çıxan iki yazının ikisi də həmyerlimiz, Məmməd Arazınyaxın dostu Bəxtiyar Vahabzadənin oldu. Bunlardan birincisi 2001-ci ildədahinin dahiyə ünvanlandığı və böyük hərflərlə yazılmış "ƏZIZIM MƏMMƏDARAZ!" sözləri ilə başlayan məktub idi ki, onu olduğu kimi dəyərli oxucularımızındiqqətinə çatdırmaq istəyirəm:

"ƏZIZIM MƏMMƏD ARAZ!

12 oktyabr (2001)tarixli "Ədəbiyyat qəzeti"ndə bir silsilə yeni şerlərini oxudum.Şükürlər olsun ki, Allahın sənə bəxş etdiyi böyük istedad zamanın sənə nəsibetdiyi xəstəliyin kürəyini yerə vurur və sən 20-30 il əvvəlki qüdrətləyaradıcılığını davam etdirirsən. Bir də məni sevindirən odur ki, həmişəki kimibu gün də bizim mübarizə hədəfimiz əksər hallarda üst-üstə düşür.

Oxuduğum bu şerləri mənməhz bu günün təzahürü, bu günün sözü adlandırardım.

Beləcə qulaqlar doldu yalanla;

Yerini dəyişdi satan alanla,

Yerini dəyişdi alan satanla.

... Ağızdan, kağızdan göyərir yalan;

... Daha öz-özünə hönkürür yalan.

Kimdi yalanı əkib-biçənlər?

Dərin müşahidədən doğan bu şeirlərbizi özümüz və içində yaşadığımız mühit haqqında düşünməyə, həm də dərindəndüşünməyə vadar edir. Nədir şahidi olduğumuz bu təzadlar? Və biz butəzadlar içində hara gedirik? Hər bir namuslu adam indi bu haqda düşünür.


Əziz dost, sən ədəbiyyata gəldiyingündən mən səni sevmiş və həmişə izləmişəm. Bu müddət ərzində sən özün açdığınöz yolunla getmiş, tutuquşu kimi ağızdan söz qapmamış, yalnız öz ürəyinin sözünüdemisən. Odur ki, "Avtobioqrafiyama əlavə" şeri sənin öz həqiqixarakterinin bir mühüm cizgisini təsdiq edir:

Xəyanət nə, badalaq nə - tanımadım,

Qibtələr nə, həsədlər nə - uzaq, uzaq.

Paxır nədi, paxıllar nə - heç görmədim -

Və bunların hamısına qoşul deyən

Təriflərə yem olmadım.

Haqlısan, əziz dost! Elə buna görə dəbiz səni çox sevirik!

BəxtiyarVahabzadə”

Bəli! Həqiqətən biz Məmməd Arazısevirik! Məmməd Arazın vaxtında və qorxu hiss etmədən yazdığı şeirləri sevirik!

Nə yatmısan, qoca vulkan, səninləyəm!

Ayağa dur, Azərbaycan, səninləyəm!

Səndən qeyri biz hər şeyi bölə billik!

Səndən qeyri biz hamımız ölə billik!

Bu, Şəhriyar harayıdı,

Bu, Bəxtiyar harayıdı!

Hanı sənin tufan yıxan,

Gurşad boğan yurda oğul oğulların!

"Ayağadur, Azərbaycan" şeirini hər dəfə oxuduqca, insanın beynindən an-caq birfikir keçir - Vətənimizi ikiyə bölən, müqəddəstorpaqarımızı zəbt edən düşmənin layiqli cavabını verib, onu öz yerinə oturtmaqvə ədaləti boğmağa, xalqın hüquqlarını tapdalayıb, cibinə girənlərin cəzasını vermək!

BəxtiyarVahabzadənin Məmməd Araz haqqında 1982-ci ildə yazdığı və təsadüfən tapdığım"Bir qəlbin yükünü qatara yığsan" adlı ikinci məqaləsi belə başlayır:"Məmməd Arazın yenicə çapdan çıxankitabının cildi üstdə yalnız müəllifin adı var, kitabın adı yoxdur. Əvvəl təəccübləndim,sonra xoşuma gəldi. Birinci ona görə xoşuma gəldi ki, bizim klassik şairlərimizində kitabları hamısı eyni adla adlanmış: Divan. Həm də şerlərə ad verilməmiş,hamısı qəzəl, qəsidə, yaxud da qoşma adlanmışdır. Lakin xoşuma gələn cəhətayrıdır. M.Araz öz sifəti, öz görüşü, öz mövzuları, öz yazı manerası olan şairdir.Onun imzası elə kitablarının adı olmağa layiqdir.

Şairin imzası özü haqqında danışır."M.Arazın filan qəzetdə yeni şeri çap olunub"- deyilən zaman bilirikki, o nə deyə bilər, özü də necə deyə bilər. Çünki şairin özü də "Mənişerimdə gəz" - deyə öz könül dünyasına daxil olmaq üçün oxucusunun əlinəaçar verir.

Onda Vətən sanar məni

bir balaca vətən daşı.

Vətən daşı olmayandan

olmaz ölkə vətəndaşı!

Bu beyt şairin ötdüyü bütün nəğmələrin nəqaratıdır.

M.Araz nədən yazır yazsın - istər təbiət,istər insan gözəlliyindən, istər xalqımızın qazandığı uğurlardan və istərsə dəxarici ölkə səyahətindən, onun gəldiyi nəticə budur: Vətənə xidmət eşqi ilə yaşamayandan vətən üçün vətəndaş ola bilməz.

Şair xalqımızın ən qədim dövrlərindəntutmuş bu günə qədərki həyatını yalnız bu baxımdan süzgəcdən keçirir, Vətənəxidmət eşqini təqdir edir, bu eşqdən kənar hadisə və əməlləri qəzəbləqamçılayır. Buna görə də, şairin sevgisi qədər nifrəti də dərin vəbarışmazdır."

Bunlarıoxuduqca, həqiqətən belə qənaətə gəlirik ki,dahi haqqında ancaq dahi düzgün fikir söyləyə və layiqli qiymət verə bilər.Odur ki, qəzetin imkanlarını və yubilyar haqqında əlavə nəsədeməyin məsuliyyətini dərk edib, bir neçə cümlə ilə məqaləni bitirmək istəyirəm.

Məmməd Araz haqqında danışanda, onun nəğməyədönüb hamımızın dilində əzbər olmuş, insanı kövrəltməklə yanaşı, həm də özündəndaim hesabat tələb etməyə vadar edən, pis əməllərdən çəkindirib, bu dünyada ancaq yaxşılıq etməyə sövq edən bumisralarını xatırlamamaq qeyri-mümkündür:

Bir taleyin oyununda cütlənmiş zərik,

Yüz il qoşa atılsaq da qoşa düşmərik.

Bir zərrənin işığına milyonlar şərik,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin...

Bəli, söhbət "Dünya sənin, dünya mənim..."şeirindən gedir. Şair dünyanın əbədi və heç kimə məxsus, həm də tabe olmadığınıçox incə vurğulayaraq, məxluqata bir ismarıc verir ki, onsuz da əbədiyə qəh-qəhçəkən dünyada sən müvəqqəti birvarlıqsan:

Bu get-gəllər bazarına dəvədi dünya,

Bu ömür-gün naxışına həvədi dünya.

Əbədiyə qəh-qəh çəkər əbədi dünya,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin...


Murad NƏBIBƏYOV,

"Şəki Bələdiyyəsi” qəzetinin baş redaktoru