adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Avqust 2017 09:43
11606
MƏMLƏKƏT

ADAM OĞRUSU 10-CU TAĞIMIN POSTUNDA SAXLANILDI

Avqust ayının ilkongünlüyündə havaların həddindən artıq isti keçməsi respublikanını avtomobil yollarında sürücülər üçün bu və ya digər dərəcədə müəyyənçətinliklər yaradıb. Çünki isti havalarda nəqliyyat vasitələrini idarə etmək sürücüdənbir qədər də çox məsuliyyət tələb edir. Belə ki, bu cür isti hava şəraitində sükanarxasında olan bir çox sürücülər diqqətsizlik edir və bir də görürsən ki, onlaryuxuluyaraq idarəetməni itirirlər.

Məhz bu cür hallarınaradan qaldırılması üçün Yol Patrul Xidməti Alayının bütün tağımları avqust ayınınilk ongünlüyündə gərgin iş rejimində çalışıblar. Başqa sözlə demiş olsaq, onlarsutkanın 24 saatını ayaqüstə olaraq xidmət aparıb və eyni zamanda sürücülərin bu cür vəziyyətlərə yol verməməsiüçün qabaqlayıcı tədbirlər görüblər. Əlbəttə, bu qabaqlayıcı tədbirlər nəticəsindəbaş verə biləcək qəzaların qarşısı xeyli alınmış olur.

İsti günlərdə YolPatrul Xidməti Alayının 10-cu tağımının əməkdaşlarıda öz vəzifə borclarına məsuliyyətlə yanaşırlar. Onlar Ələt-Astara-İran sərhəd yolunun0-cı kilometrindən 116,6 kilometrə qədər xidmət aparırlar. Əlbəttə, isti günlərdəbu istiqamətdə xidmət aparmaq hər bir yolpolisindən yüksək məsuliyyət və fiziki aktivlik tələb edir. O yerdə ki, bütün tağıməməkdaşları qarşıya qoyulmuş vəzifələri məsuliyyətlə icra edirlər, yol hərəkətiqaydalarını pozanlara qarşı ciddi mübarizə aparırlar, bax onda da istər-istəməzbaş verə biləcək qəzalar azalır.

Onuncu tağımın əməkdaşlarıisti havalarda mütəmadi olaraq hərəkətin təhlükəsizliyini təmin etmək üçün çox ciddi addımlar atıblar. İlk növbədə kobudqayda pozuntularına qarşı fəal mübarizə aparılır. Əlbəttə, hər bir mübarizə müsbət nəticə verəndə daha sevindiriciolur. Məhz şənbə-bazar günləri də 10-cu tağımdavamlı olaraq reydlər təşkil edir və kobud qayda pozuntularının qarşını almaq üçünsəmərəli tədbirlər həyata keçirib. Bir qayda olaraq reydlər zamanı tağım əməkdaşlarısükan arxasında sərxoş vəziyyətdə əyləşənlərə, sürücülük hüququ olmayanlara, ötməəməliyyatını pozanlara, nəqliyyat vasitəsini vaxtında texniki baxışdan keçirməyənlərə,avtomobillərin konstruksiyasında dəyişiklik edənlərə qarşı sərt mübarizə aparıblar.Keçirilən reydlər zamanı onlarla kobud qayda pozuntusuna yol verən sürücü barəsində elektron protokol tərtib edilib.

Bir faktı da qeydedək ki, 10-cu tağımın əməkdaşları cari ilin 7 ayı ərzində xidməti vəzifələriniyerinə yetirərkən yol hərəkti qaydalarınıpozan sürücülər barəsində 7144 protokol tərtibediblər. Bunlardan 37-si sərxoş, 251 sürücü isə balla nəticələnən qayda pozuntusunayol verib. Təbii ki, barələrində qanunamüvafiqtədbirlər görülən sürücülər istər-istəməz təkrarən bir də nöqsanlara yol verməkistəmirlər. Amma gəlin onunla razılaşaq ki, elə sürücülər var ki, nəinki bir dəfə,hətta dəfələrlə qaydaları pozuduğuna görə məsuliyyətə cəlb edilirlər.

Tağımın əməkdaşlarıbir çox kobud qayda pozuntusuna yol vermiş və hətta cinayət törətmiş sürücülərisaxlayaraq adiyyəti üzrə şöbələrə təhvil veriblər. Məsələn, «Tofaş» markalı 10 RJ452 qeydiyyat nişanlı avtomobil 728 saylı YPX postunda yoxlama nəzarət qaydasındasaxlanıldıqdan sonra araşdırma vaxtı məlum olub ki, Qaradağ rayon, Lökbatan qəsəbəsakini Abışov Nicat Zakir oğlu Gülbəniz Mirzəyevanı oğurlayaraq Saatlı rayonunaaparır. Bu barədə Qaradağ rayon Polis İdarəsinə məlumat verilib və adam oğurluğuilə məşğul olan Abışov Nicat Qaradağ rayon Polis İdarəsinin əməliyyatçılarına təhvil verilib. Bununlayanaşı, Xəzər rayon Polis İdarəsi tərəfindən verilmiş saxlanılması vacib olan «Renalut»markalı 99 LÇ 196 dövlət qeydiyyat nişanlı avtomaşın saxlanılaraq adiyyəti üzrətəhvil verilib. Eyni zamanda, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi tərəfindənverilmiş, saxlanılması vacib olan «VAZ-21010» markalı 90 MU 210 qeydiyyat nişanlıavtomobil saxlanıldıqdan sonra məlum olmuşdu ki, sürücü avtomobilin nömrə nişanınadüzəliş edərək 90 MJ 210 nömrə nişanından radarlardan yayınmaq məqsədilə 90 MU210 qeydiyyat nişanı kimi düzəliş edərək saxta nömrə ilə idarə edir. Sürücü barəsindəinzibati xəta haqqında protokol tərtib olunaraq tədbir görülməsi üçün Salyan rayonMəhkəməsinə göndərilib.


Onuncu tağımın komandiri,polis mayoru Qulu Quluyev bildirir ki, Ələt-Astara-İran sərhəd avtomobil yolu çoxyüksək səviyyədə tikilərək istifadəyə verilib. Təəssüf ki, bir çox sürücülər yolunrahatlığından istifadə edərək nəqliyyat vasitəsini yüksək sürətlə idarə edir vətez-tez kobud qayda pozuntularına yol verirlər. Bu cür qayda pozuntularının qarşısınıalmaq üçün mütəbadi olaraq tərəfimizdən qabaqlayıcı tədbirlər həyata keçrilir. Bununlayanaşı, avqust ayının isti keçməsi ilə əlaqədar olaraq stasionar postumuzda sərnişindaşıyanavtobus sürücüləri və eləcə də yük maşınını idarə edənlərlə maarifləndirici söhbətləraparılır. Onların nəzərinə çatdırılır ki, havaların çox isti keçdiyi günlərdə kondisionersizavtomobillərin sükanı arxasında 16 saat istirahət etmədən əyləşmək olmaz. Düzdür,bizim bu söhbətlərimizdən maariflənən və nəticə çıxaranlar da var və onlar üçünbizim postumuzda əlverişli şərait yaradılıb. Yəni bu sürücülər avtomobili saxlayıbdincələ və əl-üzlərini soyuq suda yuya bilərlər. Amma elə sürücülər də var ki, özbildikləri kimi hərəkət edirlər. Bu isə ağır qəzalar şərait yaradır. Ümumiyyətlə,həyata keçirdiyimiz proflaktik tədbirlərnəticəsində son vaxtlar ağır qəzalar azalıb,ölüm və xəsarətalma halları aşağı enib. Bundan sonra da çalışacağıq ki, hərəkətintəhlükəsizliyini yüksək səviyyədə təmin edək.

Reyd zamanı 10-cutağımın əməkdaşlarından polis baş serjantları Elşad Həsənov, Fərid Abbaslı, polisserjantları Mansur Quliyev, Hikmət Abbasov, Emin Orucəliyev, kiçik serjant CavidMusayev müxtəlif qayda pozuntusuna yol verən sürücüləri saxlayaraq onlar barəsindəlazımi ölçü götürdülər.

Ümumiyyətlə, keçirilənreydlər göstərir ki, respublikanın avtomobil yollarında bu cür tədbirlərə çox böyükehtiyac var. Ən azından ona görə ki, sürücülər və hərəkət iştirakçıları görür ki,yol polisi qaydaları pozan insanlara qarşı sərt mövqe turur. Və bu da istər-istəməzəksər sürücüləri diqqətli olamğa və intizamadəvət etməyə şərait yaradır.

Reyddə iştirak edirdilər:Qulu QULUYEV – Yol Patrul Xidməti Alayının 10-cu tağımının komandiri, polis mayoru;Elşad HƏSƏNOV – 10-cu tağımın inspektoru, polis baş serjantı; Fərid ABBASLI –10-cu tağımın inspektoru, polis baş serjantı; Mansur QULİYEV – 10-cu tağımın inspektoru,polis serjantı; Hikmət ABBASOV – 10-cu tağımın əməkdaşı, polis serjantı; Faiq QİSMƏTOĞLU– «Ədalət»in əməkdaşı.