adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Iyul 2020 11:02
101835
MARAQLI

Adam əti yeyən afrikalı Napoleon

Jean-BedelBokassada İdiAminkimiAfrikanınqatilobrazınauyğungələndiktatorlarındanbiridir.O da xidmət etdiyi fransız imperializm ordusunun məhsulu idi. Onu ordunun rəhbərliyinəgətirən ağ ağalarına həm heyranlıq duyacaq, həm də onlara nifrət edəcəkdi. Ağağaları kimi ona da böyük bir ordu təhvil verilir, amma diplomatik yerlərdə digərağlarla eyni masa arxasında əyləşməyə izn verilmirdi. Bu vəziyyətdən xəstə birdüşüncə hasil edəcəkdi: Bokassa da normaldan artıq xəstə idi.

Qohumun varsa, dərdin də var


Qara qitənin başına bəla kimi çökən digər diktatorlar kimi Bokassa da hərbiçiidi. Müstəmləkəçilik dövründə afrikalıların başına gələn bəlalardan biri idi.

Missioner məktəbində təhsil aldıqdan sonra fransız ordusuna yazılmışdı. IIdünya müharibəsində Fransada almanlara, sonrasa fransız Hind-Çinində kommunistlərəqarşı döyüşmüşdü. Cəbhədəki fəaliyyətinə və bacarığına görə The legion ofHonor(qürur nişanı) və the Croix de guerre (müharibə xaçı) kimi yüksək dərəcəlifransız medallarıyla mükafatlandırıldı.

Mərkəzi Afrika Respublikasının Fransadan müstəqilliyini almasından sonra dövlətbaşçısı David Dackonun xalası oğlu olduğuna görə orduda sürətlə yüksəlməyəbaşladı. 1960-cı illərdə baş qərargah rəisliyinə kimi yüksəldi. Bu cütlüyünarasında yaşanan gərginlikdən sonra Bokassa 1966-cı ilin ilk günü qohumunudevirərək klassik afrika çevrilişinə imza atdı. Bundan sonra edəcəkləri isə heçdə klassik deyildi.

İşsiz deyilsənsə sübut elə!

Bokassa ağla gəlməyən çətin diktator nümunələrindən biridir. Ölkənin ən böyükproblemi işsizlik idi. Diktatorun tapdığı çarəsə bənzərsiz idi. 18-55 yaşarasında hər kəs bir işinin olduğunu sübut etmək məcburiyyətində idi. Əks haldapul və həbs cəzasına çatdırılacaqdı.

Bokassa ləyaqətə böyük önəm verən rəhbər olduğunu söyləyirdi. Özündə fövqəladəbacarıqlar olduğunu düşünən general özünü `ömür boyu dövlət başçısı` və sondaisə imperator olaraq təyin edəcəkdi.
Bokassa 70-ci illərin ortasında az qala bütün afrikanın ilham pərisi olanLiviya lideri Qəddafi ilə görüşdü. Hər halda ondan çox təsirlənib ki, SalahEddine Ahmed Bokassa adını götürərək müsəlman oldu. Lakin bir neçə ay sonra yenəkatolik kimi xalqını salamlayacaqdı. Bu təəccüblü manevrlərinə səbəb Qəddafininona söz verdiyi kreditdən vaz keçməsinin rol oynadığı iddia ediləcəkdi.

Çəkilin,imperator gəlir!


1976-cı ildə Bokassa Mərkəzi Afrika Respublikasinin monarxiya olduğunu elanetdi. Ölkənin adını da Mərkəzi Afrika İmperatorluğuna çevirmişdi. Bu haldaimperator da lazım idi. Xalq da nankorluq etməsin, Bokassadan daha yaxşıimperator tapacaqdı? Bokassa tarixin ona yüklədiyi bu ağır cavabdehlikdən qaçabilməzdi və qaçmadı da. Özünü imperator elan etdi. Heç bir monarxiya keçmişiolmayan bu yazıq afrika ölkəsinə bir diktator tərəfindən idarə edilməsi bəs etmədi,bir də sirk nümayişinə oxşayan tac qoyma mərasiminə şahidlik etməktalesizliyini yaşayacaqdı.

Bütün diktatorlar kimi Bokassa da lüks həyat yaşamağın dəlisi idi. Tac qoyma mərasimininyaddaşlardan silinməməsi üçün büdcəni səxavətlə xərcləmişdi. Ölkənin toz-torpaqiçindəki paytaxtı Bangui-də gerçəkləşən mərasimdə ölkə büdcəsinin təxminəndörddə biri xərclənmişdi. İmperatora hədiyyə edilən 80 mersedes, bahalı hədiyyələrinverildiyi bir mərasim idi. 22 milyon dollara başa gələn bu sirki izləyən qərblilərbığ altından gülərkən fransız diplomatlar qəzəbdən dəliyə çevrilmişdilər.

"Biz xərcləyərik,Fransa ödəyər”


Bu fövqəladə mərasimə görə Afrikanın azad mətbuatı təhqiredici başlıqlarlaBokassanı bombardman edərkən onun heç vecinə də deyildi. Çünki xərcləribaşqalarının çiyninə yükləyəcəyini bilirdi. Zatən Cənubi Afrika, Çin və SSRİ-dənyardım alırdı. Amma ən çox güvəndiyi keçmiş müstəmləkəsinin büdcə kəsiriniqapamalı olan Fransa idi. Fransız prezident Valery Giscard d`estaing Bokassanınödəyə bilməyəcəyi bütün xərclər üçün təzminat verəcəyinə söz vermişdi. Bokassada bu əlaqəni bir dəfə " buradakı hər şey Fransa tərəfindən qiymətləndirilir.Fransızlardan pul istəyərik, onlar verər və biz xərcləyərik” formasında arsız şəkildədilinə gətirmişdi.

Ölən nazirlərinpul çantasından kolleksiya


Lakin Bokassa rejiminin hər əməli bu şəkildə ələ salınacaq kimi deyildi. Müstəmləkəartığı olan hər diktator kimi xalqının boynunda yumurta bişirməkdən çəkinmədi.Işgəncə və sorğu-sualsız cəzalar bir kənara qalsın, elə bir nöqtəyə çatmışdıki, Bokasanın müxaliflərini yediyi, adamyeyən olduğu etdiyi iddia olundu.

On iki illik iqtidarı zamanı Bokassa Uqandanın İdi Amini ilə rəqabət yarışınagirmişdi. Ölkədə oğurluğunun artmasından narahat olan diktator əsgərləri iləbirlikdə onlarla oğrunu paytaxt meydanında sıraya düzmüş və döymüşdü. Üç nəfərdöyülməkdən ölmüş, digərləri isə isti günəşin altında saxlanılmışdı. Davam edək.Analar günündə həbsxanadakı bütün ana məhkumların azad olunmasını, eyni zamandabütün ana qatillərinin edam olunmasını əmr etmişdi. Digər vərdişi isə vəzifədənazad etdiyi nazirlərin pul qabından kolleksiya düzəltmək idi. Əlindəki pul qabıların sayı onu keçmişdi...

Forma geyinməyi istəməyənlərin başını əzdi


1979-cu ildə 100 tələbənin öldürülməsi bardağı doldurdu. Bu tələbələr dövlətintələb etdiyi formaları geyinməkdən imtina etdiyinə görə toqquşmalar nəticəsindəöldürülmüşdü. Bu geyimlər imperatorun arvadlarından biri tərəfindən istehsalolunur və baha qiymətə satılıdı. Tələbələrin çoxunun birbaşa Bokassa tərəfindənöldürülməsi iddiasının yayılması vəziyyəti daha da kritik həddə çatdırdı. Ozamana kimi Bokassanın hər əməlinə dözən fransızlar yaramaz uşaqlarına sillənivurdular. Fransız komandoları tərəfindən dəstəklənən David Dacko Barracuda əməliyyatıylaonu devirəni devirərək yenidən hakimiyyətə gəldi. Ölkə təkrar respublikayaçevrildi.

Fransızlaraqarşı fransız medallarından istifadə etdi

Bokassa devrildikdən sonra onu hakimiyyətdən salanFransaya getdi. Parisdəkilərin ona `xoş gəldin` deməyə niyyəti yox idi. Ammaillər öncə ona verdikləri The legion of Honor medalı əl-qollarını bağlamışdı. Rəddedə bilməzdilər. Bəylər kimi yaşadığı bir villada illər sonra fransız radikalmillətçiləri ilə yaxın əlaqə qurdu. Bir müddət sonra `dostlarının` "Vətəndaşlarınsəni fransızların bir zamanlar Elba adasından qayıdan Napoleonu gözlədiyi kimigözləyir” fikirlərinə inandı və ölkəsinə geri qayıtdı. Xalqın bir anda onuqucaqlayacağını düşünürdü, amma özünü həbsxanada gördü. Vətənə xəyanət,qanunsuz yolla pul mənimsəmə,cinayət və adamyemə ittihamlarıyla hakim qarşısınaçıxarıldı. Hər nə qədər son ittihamdan canını qurtarsa da öncə edama məhkumedildi. Daha sonra cəzası ömürlük həbsə çevrildi. Yeddi il dörd divar arxasındaqaldıqdan sonra keçmiş mühafizəçisi olan yeni dövlət rəhbərinin əmriylə 1993-cüildə həbsdən azad edildi. Lakin ağıllandığını söyləmək olmazdı. Gözü yenəkresloda idi. Siyasətə qayıtmaq üçün əfv fərmanının çıxarılmasını tələb etdiyigünlərdə 1996-cı ilin 3 noyabrında infarktdan öldü. Ölmədən öncə Hz. İsanın13-cü həvarisi olduğunu da iddia etmişdi. Arxasında 17 arvad, 50 uşaq və zülməməruz qalmış bir xalq buraxaraq tərk etdiyi bu dünyada ən azından etdiklərinincəzasının bir hissəsini çəkmişdi.

Bokassa adam yeyənidi?

Diktatorunun insan əti yetiyinə dair iddialar tələbəhadisələrindən sonra Pris Match dərgisi tərəfindən yayımlanan fotolarda gündəməgəldi. Fotolarda içində insan bədəninin hissələri olan soyuducu var idi və busoyuducu da Bokassanın sarayında idi. Öz əlləriylə yaratdıqları bu vəhşiyə əsəbləşənfransızlar iddianı ciddiyə almaqçün gecikmədi. Bokassa adam yeyən olmuşdu.Bokassa israrla bu fotoların morqda çəkildiyini iddia etsə də kimisə inandırabilmədi. Devrildikdən sonra sarayında araşdırma aparan mütəxəssislər iddialarısübut edəcək heç bir fakta rast gəlmədi.

Diktatorun öldürdüyü müxaliflərini sarayındakı aslanları və timsahlarınayedirdiyi iddiaları da havada qalacaqdı. Iddialar Bokassanı devirmək istəyənmüxaliflərinin Fransanın dəstəyini almaq üçün xəyal güclərinin yaratdığı əsəridi. Maraqlıdır ki, Bokassa da uzun müddət " düşmənlərimi qorxudaram” məntiqiyləbu şok edici iddialara qarşı səsini çıxarmamışdı.

Vay anasını hörmətlitamaşaçılar


Imperatorun tacını Parisin məşhur ustalarından Claude Bertrand hazırlamış, tacölkənin önəmli təbii qaynaqlarından olan almaz daşlarla bəzədilmişdi. (hər biri58 karat) Bokassanın oturduğu taxt 2 ton təmiz qızıldan hazırlanmış və leopardkürkləriylə bəzədilmişdi. 43 ölkədən gələn 3 min 500 qonağı daşımaq üçün 100limuzin və 130 atlı araba ayrılmışdı. Qonaqlara ən bahalı 65 min şüşə şampan təklifedilmişdi. Bunlar Parisdən gətirilən qızlar tərəfindən paylanılırdı. 120 nəfərlikorkestr da qonaqları əyləndirmişdi. Bütün tədbiri idarə edənsə fransızların məşhuriş adamlarından Jean-Pierre Dupont idi.

22 milyondollarlıq tac qoyma mərasimi

Bokassanın tac qoyma mərasimi tamamənNapoleonunkinə oxşadılmışdı. Bunun fərqi onda idi ki, Napoleonun mərasimində birarvadı iştirak edərkən Bokassanın 17 arvadından cəmi biri mərasimdə idi.Adambaşına milli gəlirin 120 dollar olan ölkədə bu tragikomik mərasim 22 milyondollara başa gəlmişdi.

Emin Piri